İlham Əliyev və Putin bu həftə ikinci dəfə Ermənistanla sazişlərin icrasını müzakirə ediblər26 Noyabr 2022, 14:05 (GMT +4) Bakı, 26 noyabr, SalamNews. Azərbaycan və Rusiya prezidentləri İlham Əliyevlə Vladimir Putin arasında bu həftə ikinci dəfə telefon danışığı baş tutub.
Danışıq zamanı Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında əldə edilən bir sıra üçtərəfli sazişlər müzakirə edilib.
SalamNews-un məlumatına görə, bu barədə şənbə günü Kremlin mətbuat xidməti məlumat yayıb.
"Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında regionda nəqliyyat və iqtisadi əlaqələrin açılması ilə bağlı praktiki məsələlərə diqqət yetirilməklə, üçtərəfli sazişlərin bütün bəndlərinin həyata keçirilməsi üçün növbəti addımlar nəzərdən keçirilib", deyə məlumatda deyilir.
Putinlə Əliyev arasında bundan öncəki telefon danışığı noyabrın 22-də olub.
|