Si Tsinpin Şimali Koreya ilə münasibətlərə böyük əhəmiyyət verdiyini bildirib26 Noyabr 2022, 14:49 (GMT +4) Bakı, 26 noyabr, SalamNews. Çin sədri Si Tsinpin KXDR ilə ikitərəfli əlaqələrin inkişafına böyük əhəmiyyət verir.
Koreya Mərkəzi Xəbər Agentliyinin şənbə günü verdiyi məlumata görə, o, bu barədə Şimali Koreya lideri Kim Çen Ina cavab məktubunda bildirib.
Bu barədə SalamNews-un "TASS"a istinadla xəbər verir. Noyabrın 22-də Çin prezidenti yenidən Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi seçilməsi münasibətilə təbrikə cavab göndərib. Si Tsinpinin sözlərinə görə, təbrik teleqramı Pxenyanın Çin və onun rəhbərliyi ilə ikitərəfli dostluq münasibətlərini inkişaf etdirməyə səy göstərdiyini nümayiş etdirir.
"Mən Çin-KXDR münasibətlərinə böyük əhəmiyyət verirəm. Bir neçə görüş vasitəsilə biz mühüm anlaşma və Çin-KXDR münasibətlərində irəliləyiş əldə etdik", deyə Si Tsinpin qeyd edib.
Onun sözlərinə görə, iki ölkənin liderləri Koreya yarımadasının problemlərinin siyasi həllinin tapılmasına, iki ölkə xalqlarının maraqlarının, sosialist nailiyyətlərinin qorunmasına, regionda sülhün və sabitliyin qorunmasına töhfə veriblər.
ÇXR prezidentinin sözlərinə görə, "hazırda dünyada misli görünməmiş, tarixi dəyişikliklər baş verir" və bu şərtlər altında o, Pxenyanla ikitərəfli əlaqələrin inkişafına təkan vermək və beynəlxalq sülhün və sabitliyin qorunmasına kömək etmək niyyətindədir.
|