KİV: Talibanın Daykindi əyalətinə hücumunda 11 mülki şəxs həlak olub26 Noyabr 2022, 13:31 (GMT +4) Bakı, 26 noyabr, SalamNews, S.Bağırov. Əfqanıstanın Daykindi əyalətində Taliban tərəfindən həyata keçirilən hücumda 11 mülki şəxsin öldürüldüyü deyilir.
SalamNews xəbər verir ki, bu barədə Əfqanıstanın “Sübh-8” qəzeti məlumat yayıb.
Bu media qurumu yerli mənbələrinə istinadən yazıb ki, Taliban qüvvələri əyalətin Şəhr-Nili şəhərinin Syuk-Şibər kəndi ərazisində iki həzarə ailəsinin bütün üzvlərini güllələyib. Onlar ümumilikdə 11 nəfərdir.
Taliban hələ bu xəbərə münasibət bildirməyib.
Bu arada Əfqanıstanın İslami Vəhdət Partiyasının sədri Məhəmməd Mühəqqiqin sözlərinə görə Taliban son günlərdə Daykindinin rayonlarına 400-dən çox canlı qüvvə ezam edib.
|