İsveç baş naziri: Türkiyənin bütün tələbləri yerinə yetiriləcək26 Noyabr 2022, 13:50 (GMT +4) Bakı, 26 noyabr, SalamNews. İsveçin baş naziri Ulf Kristersson “Dagens Nyheter”ə müsahibəsində iyunun 28-də Madriddə NATO-nun sammitində Türkiyə, Finlandiya və İsveçin imzaladığı Üçtərəfli Memorandumun şərtlərinin həyata keçirilməsindən danışıb.
SalamNews-un “AA”ya istinadla verdiyi xəbərə görə, Kristersson bildirib:
"Düzünü desəm, bu, Üçtərəfli Memorandum deyil, bu, Finlandiya və İsveçin Türkiyəyə təhlükəsizliklə bağlı söz verdiyi razılaşmadır. Türkiyə qarşısında götürdüyümüz öhdəlikləri yerinə yetirəcəyik".
Gələn ilin yazında qüvvəyə minməsi gözlənilən yeni terror haqqında qanununu xatırladan Kristersson deyib:
"Türkiyə ilə qanunla bağlı danışıqlar aparırıq. İndi fakt ondan ibarətdir ki, biz NATO ilə birlikdə terrora qarşı mübarizədə iştirak edirik".
Kristersson Türkiyənin İsveçin NATO-ya üzvlüyünü təsdiqləmə prosesinə toxunaraq deyib:
"Hazırda bu məsələ Türkiyədən asılıdır və mən Ankaranın mövqeyinə hörmətlə yanaşıram. Türkiyə ilə imzaladığımız müqavilə onu göstərir ki, biz bu ölkənin təhlükəsizliyinə çox ciddi yanaşırıq".
|