Kriştiano Ronaldo tarixi rekorda imza atıb24 Noyabr 2022, 21:47 (GMT +4) Bakı, 24 noyabr, SalamNews. Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo tarixi rekorda imza atıb.
SalamNews xəbər verir ki, 37 yaşlı hücumçunun rekordu DÇ-2022-nin ilk turunda hazırda Qana ilə keçirilən oyunda qeydə alınıb.
Matçın 65-ci dəqiqəsində penaltidən fərqlənən futbolçu 5 dünya çempionatında qol vuran yeganə futbolçu olub.
Final mərhələlərində ümumilikdə 8 qol vuran futbolçu DÇ-2006, DÇ-2010, DÇ-2014, DÇ-2018-ci illərdə də rəqib qapısına yol tapıb.
|