İraq Türkiyə və İranla sərhəd bölgələrinə hərbi qüvvələrini yerləşdirir24 Noyabr 2022, 11:48 (GMT +4) Bakı, 24 noyabr, SalamNews, B.Samid. Çərşənbə günü İraq hökuməti iki ölkənin öz ərazisinə hücumlarına cavab olaraq bir sıra qərarlar çərçivəsində İran və Türkiyə ilə sərhədlər boyunca sərhəd qüvvələrinin yenidən yerləşdirilməsi planı hazırlamaq qərarına gəlib.
SalamNews xəbər verir ki, bu barədə İraq Milli Təhlükəsizlik Şurası məsələ ilə bağlı toplantı keçirdikdən sonra qərar qəbul edib.
Şura kürd Peşmərgə qüvvələrinin Baş Qərargah rəisinin iştirakı ilə iclas keçirib, burada tərəflər Türkiyə və İranın hücumlarını müzakirə və bir sıra qərarlar qəbul ediblər.
“İraq sərhəd qüvvələrinin İran və Türkiyə ilə sərhədlər boyunca sıfır xəttdə durmaq üçün yenidən yerləşdirilməsi planının hazırlanması qəbul edilib”, deyə bu məlumatda bildirilir.
Bəyanatda əlavə edilib ki, qərarlar arasında "bütün logistik dəstək tələblərinin təmin edilməsi ilə yanaşı, İraq sərhədlərinin qorunması üçün milli səyləri birləşdirmək məqsədi ilə İraq Kürdüstan Regional Hökuməti və Peşmərgə Nazirliyi ilə koordinasiya həyata keçirilir".
Qeyd edək ki, İraq bu addımı Türkiyə və İranın tələbindən və separatçılara hücumlardan sonra atıb.
|