DÇ-2022: Belçika yığması Kanada komandasını məğlub edib24 Noyabr 2022, 09:33 (GMT +4) Bakı, 24 noyabr, SalamNews. Qətərdə keçirilən dünya çempionatının F qrupunda ilk tura yekun vurulub.
SalamNews-un məlumatına görə, qrupun ikinci oyununda Belçika millisi Kanada ilə qarşılaşıb.
Matçın taleyini bir qol həll edib. 44-cü dəqiqədə fərqlənən Mişi Batşuayi "qırmızı şeytanlar"a qələbə qazandırıb. 11-ci dəqiqədə Şimali Amerika təmsilçisindən Alfonso Deyvis penaltidən yararlana bilməyib.
F qrupunun ilk görüşündə Xorvatiya seçməsi Mərakeşlə qolsuz heç-heçəyə razılaşıb.
I turdan sonra belçikalılar 3 xalla qrupa başçılıq edir. Hərəyə 1 xalı olan Xorvatiya və Mərakeş yığmaları 2-3-cü yerləri bölüşdürür. Xalı olmayan Kanada isə sonuncudur.
|