İran XİN: Azərbaycan və Ermənistan tərəflərindən biri ilə olan əlaqələrimiz digərinin əleyhinə deyil24 Noyabr 2022, 09:01 (GMT +4) Bakı, 24 noyabr, SalamNews, B.Samid. “Azərbaycan və Ermənistanı İranın iki qonşusu bilir, onlardan biri ilə olan əlaqələri heç vaxt digərinin əleyhinə yozmamışıq.”
SalamNews Mehr-ə istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan ötən gün keçirilən mətbuat konfransında deyib.
O, İran, Azərbaycan və Ermənistanın münasibətlərində son duruma toxunaraq, ötən ay İrəvanda səfərdə olduğunu, habelə baş nazir Nikol Paşinyanın Tehrana rəsmi səfərə gəldiyini deyib və Azərbaycan Respublikası mediasının buna ciddi reaksiya verdiyini bildirib.
Abdullahiyan qeyd edib ki, Ermənistan və Azərbaycan tərəflərindən biri ilə olan əlaqələrimizi digərinin əleyhinə yozmuruq.
“Qonşuluq siyasətinin önəmsənilməsi, əlaqələrin genişləndirilməsi İranın qonşularla bağlı siyasətində prioritetdir. Qonşu ölkələrin ərazisində, eləcə də Azərbaycanın ərazilərində heç bir gözümüz yoxdur. Eyni zamanda Qafqaz regionundakı oyuncuların hamısına bildirmişik ki, bölgədə geosiyasi dəyişiklik İranın reaksiyasina səbəb olacaq”, deyə Abdullahiyan əlavə edib.
|