İran səfiri Azərbaycan XİN-in sözçüsü ilə görüşüb24 Noyabr 2022, 08:34 (GMT +4) Bakı, 24 noyabr, SalamNews. Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə və İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi arasında görüş keçirilib.
SalamNews xəbər verir ki, bu barədə İran Səfirliyi sosial şəbəkələrdəki səhifələri üzərindən məlumat yayıb.
Bildirilib ki, görüşdə ikitərəfli münasibətlərdəki son hadisələr nəzərdən keçirilib, eyni zamanda ikitərəfli, regional və beynəlxalq məsələlərdə iki ölkənin mövqeləri ətrafında fikir mübadiləsi aparılıb. Xüsusilə media sahəsində əməkdaşlıq və iki ölkə arasında jurnalist nümayəndə heyətlərinin mübadiləsi məsələsinə toxunulub.
|