Times: Britaniya Ukraynaya “Sea King” helikopterlərini tədarük edəcək23 Noyabr 2022, 13:10 (GMT +4) Bakı, 23 noyabr, SalamNews. Britaniya höküməti üç "Sea King" helikopterini Kiyevə göndərəcək.
SalamNews-un "TASS"a istinadla verdiyi xəbərə görə, bu barədə çərşənbə günü Böyük Britaniyanın müdafiə naziri Ben Uollesin bəyanatına istinadən “The Times” qəzeti məlumat yayıb.
Onun sözlərinə görə, bu, Böyük Britaniya tərəfindən Ukraynaya pilotlu təyyarələrin ilk tədarükü olacaq. Biri artıq Ukraynada olan helikopterlər Kiyevə yeni hərbi yardım paketinin bir hissəsi olacaq. London həmçinin Ukrayna Silahlı Qüvvələrini 10 min artilleriya mərmisi ilə təmin edəcək.
Nəşr bildirir ki, Ukrayna hərbçiləri 2018-ci ildə Britaniyada istismardan çıxarılan helikopterləri idarə edərək altı həftəlik təlim proqramı keçiblər. Ümumilikdə britaniyalılar 10 ukraynalı heyətə təlim keçiblər.
"Westland WS-61 Sea King" helikopterləri həm axtarış-xilasetmə, həm də kəşfiyyat əməliyyatları üçün istifadə edilə bilər. Bu model Folklend müharibəsi, Körfəz müharibəsi, Balkan münaqişəsi və İraq müharibəsi zamanı geniş istifadə olunub. Hal-hazırda helikopterlər istehsal edilməsə də, nüsxələrin dəyəri təxminən 5 milyon funta (təxminən 6 milyon dollar) çatır.
|