Azərbaycan XİN Livanı təbrik edib22 Noyabr 2022, 15:16 (GMT +4) Bakı, 22 noyabr, SalamNews. Azərbaycan Xarici İşlər Nazirliyi Livanı Milli Gün münasibətilə təbrik edib.
SalamNews xəbər verir ki, bu barədə XİN-in tviter səhifəsində paylaşım edilib.
“Milli Gün münasibətilə Livan hökuməti və xalqına ən xoş diləklərimizi və ürəkdən təbriklərimizi çatdırırıq. Milli Günün mübarək, Livan!”, - paylaşımda bildirilib.
|