Mobil versiya RU AZ
_




DÜNYA » CƏMİYYƏT

FİFA Britaniya komandasına İranla oyuna LGBT-ə dəstək sarğıları ilə çıxmasına icazə verməyib

21 Noyabr 2022, 10:04 (GMT +4)

Bakı, 21 noyabr, SalamNews, S.Bağırov. “FIFA” İngiltərə millisinin tələbini rədd edib və komandanın kapitanına LGBT-ə dəstək sarğısı taxmasına mane olub.

SalamNews xəbər verir ki, Britaniyanın “The Telegraph” qəzeti bildirib ki, Beynəlxalq Futbol Assosiasiyasının İngiltərə yığmasının kapitanı Harri Keyni LGBT-ni dəstəkləyən kapitan sarğısını taxmasının qarşısını almaq üçün rəsmi şəkildə məlumatlandırıb.

FİFA bildirib ki, onun qaydaları Harri Keynin və digər oyuncuların Qətərdə keçirilən Dünya Kubokunda LGBT icması da daxil olmaqla “təcriddə olan” insanlarla həmrəylik ifadə etmək üçün nəzərdə tutulmuş "OneLove" sarğısını taxmağa icazə vermir.

Qeyd edək ki, Britaniyanın bu çempionatda ilk oyunu İran millisi ilə bu gün, 21 noyabrda keçiriləcək.



Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66