İran Britaniya səfirini Tehranda XİN-ə çağırıb21 Noyabr 2022, 10:38 (GMT +4) Bakı, 21 noyabr, SalamNews, S.Bağırov. İran Londondakı səfirliyinə edilən hücuma etiraz əlaməti olaraq Britaniya səfirini XİN-ə çağırıb.
SalamNews Mehr-ə istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi bəyanat verib.
Bildirilib ki, Londonda İran səfirliyinə bir qrup şəxsin hücumu və burada İran bayrağına edilən hörmətsizliyə etiraz əlaməti olaraq, Britaniya səfiri XİN-ə çağırılıb.
İran Britaniya tərəfindən beynəlxalq qanunlar və konvensiyalara əsasən diplomatik nümayəndəliklərin təhlükəsizliyinin təmin edilməsini tələb edib.
Qeyd edək ki, son iki ayda Britaniya səfiri İranda dördüncü dəfədir XİN-ə çağırılır.
|