XİN: Yeni açılacaq səfirliklər diplomatik səylərimizi daha da gücləndirəcək19 Noyabr 2022, 13:06 (GMT +4) Bakı, 19 noyabr, SalamNews. "Yeni diplomatik nümayəndəliklər diplomatik səylərimizi daha da gücləndirəcək".
SalamNews xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyi "Twitter"də bildirib.
"Milli Məclis Albaniyada, İsraildə, Keniyada səfirliklərin, BMT-nin Nayrobi ofisində Daimi Nümayəndəliyin, Fələstində Təmsilçilik Ofisi açılması haqqında qanun layihələrini təsdiqləyib. Yeni diplomatik nümayəndəliklər diplomatik səylərimizi daha da gücləndirəcək", deyə paylaşımda bildirilir.
|