Azərbaycan İsraildə səfirlik açır18 Noyabr 2022, 14:44 (GMT +4) Bakı, 18 noyabr, SalamNews. Azərbaycanın İsraildə səfirliyi təsis edilir.
SalamNews xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə əlavə edilən "Azərbaycan Respublikasının İsrail Dövlətində (Təl-Əviv şəhərində) Səfirliyinin təsis edilməsi haqqında" qanun layihəsində əksini tapıb.
Qanun layihəsi müzakirələrdən sonra bir oxunuşda qəbul edilib.
|