Livan parlamenti altıncı dəfə ölkə prezidentini seçə bilməyib17 Noyabr 2022, 16:32 (GMT +4) Bakı, 17 noyabr, SalamNews, S.Bağırov. Livan parlamenti altıncı dəfə ölkə prezidentini seçə bilməyib. Parlamentin spikeri Nəbih Birri gələn cümə axşamı yeddinci sessiyanın tarixini təyin edib.
SalamNews əl-Aləmə istinadən xəbər verir ki, Livan prezidentinin seçilməsi üzrə sessiya bu gün ölkə Parlamentində, kvorum tamamlandıqdan sonra, plenar zalda 112 deputatın iştirakı ilə günorta saatlarında başlayıb.
Səsvermənin nəticəsi belə açıqlanıb: Boş bülleten 46, siyasətçi Mişel Moavvad 43, Yeni Livan 9, İssam Xəlifə 7, Ziad Baroud 3, Süleyman Franca 1, Mişel Daher 1 və etibarsız kağız 2.
Nəbih Birri yetərli səs əldə edlmədiyindən respublika prezidentini seçmək üçün altıncı sessiyanı təxirə salıb və yeddinci iclası gələn cümə axşamına təyin edib.
|