İstanbulun mərkəzində partlayış olub, ölən və yaralananlar var (VİDEO)
13 Noyabr 2022, 17:58 (GMT +4)
Bakı, 11 noyabr, SalamNews. Beyoğluda naməlum səbəbdən partlayış baş verib.
SalamNews xəbər verir ki, bu barədə AA məlumat yayıb.
Taksim İstiqlal küçəsində mənşəyi hələ müəyyən edilməyən partlayış olub. Xəbərdarlıq üzərinə bölgəyə çox sayda yanğınsöndürən, polis və sağlamlıq qrupları göndərilib.
Ətrafdan partlayış səsi eşidilərkən küçədə gəzən vətəndaşların qaçdığı görülüb.
Hadisə yerinə gələn polis qrupları küçədə təhlükəsizlik tədbirləri alıb.
Partlayış nəticəsində yaralananların olduğu öyrənilib bildirilib.
Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.