Mobil versiya RU AZ
_




DÜNYA » SİYASƏT

Lavrov İordaniyadan sonra Birləşmiş Ərəb Əmirliklərinə gedib

04 Noyabr 2022, 11:45 (GMT +4)

Bakı, 4 noyabr, SalamNews, S.Bağırov. Rusiyanın xarici işlər naziri Yaxın Şərqə səfəri çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinə gedib.

SalamNews BƏƏ mətbuatına istinadən xəbər verir ki, əmirliyin xarici işlər naziri Abdullah bin Zayid Ali-Nihyan Sergey Lavrovu Əbu-Dabidə qəbul edib.

Bu görüşdə BƏƏ ilə Rusiya arasında əməkdaşlıq və strateji tərəfdaşlıq münasibətləri, iki dost ölkənin bütün sahələrdə birgə əməkdaşlıq perspektivlərinin genişləndirilməsi istiqamətində səyləri müzakirə edilib.

Tərəflər, həmçinin ümumi maraq doğuran bir sıra məsələlərə nəzər salıb və onlar ətrafında fikir mübadiləsi aparıblar.

Bu arada BƏƏ-də səfərdə olan Lavrov Ərəb Dövlətləri Liqasının Əlcəzairdə keçirilən 31-ci zirvə toplantısının bəyanatını alqışlayıb.

Qeyd edək ki, son zamanlarda Rusiya rəsmiləri ilə Səudiyyə və BƏƏ rəsmiləri arasında görüşlər qlobal əhəmiyyət daşımağa başlayıb. Xüsusilə də Ukrayna müharibəsi fonunda Qərbin Rusiya enerjisinin alternativini təmin etmək çabasına rəğmən, Moskva, ər-Riyad və Abu-Dabi rəsmilərinin “Opek+” qrupu çərçivəsində ABŞ-ı qəzəbləndirən addımlar atması xüsusi əhəmiyyət kəsb edir.



Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Lavrov: Rusiya ABŞ-la ciddi danışıqlardan imtina etmir

Ərdoğan Sergey Lavrovu qəbul edib

Lavrov: “Rusiya və ABŞ müharibənin qaynar mərhələsindədir”

Lavrov: Laçın yolundan yalnız humanitar yüklərin daşınması üçün istifadə edilməlidir

Lavrov Ceyhun Bayramovu Rusiyaya səfərə dəvət edib

Lavrov: Putin yenilənmiş xarici siyasət konsepsiyasını tezliklə təsdiqləyəcək

Lavrov: Qərbin hibrid müharibəsinin məqsədi Rusiyanı təklənmiş ölkəyə çevirməkdir

ABŞ prezidenti İordaniya kralı ilə görüşdə Qüdsdəki gərgin vəziyyəti müzakirə edib

Lavrov: Azərbaycan ona məxsus olan əraziləri geri qaytarıb

Lavrov: Rusiya Pakistanla hərbi əməkdaşlığın səviyyəsindən razıdır

Lavrov Pakistanın xarici işlər naziri ilə ticarət-iqtisadi əlaqələri və beynəlxalq məsələləri müzakirə edəcək

Lavrov Ceyhun Bayramova zəng edib, İrandakı səfirliyə hücumla bağlı başsağlığı verib

Lavrov: ABŞ və Aİ Afrikanın müstəmləkə asılılığını bərpa etmək istəyir

İsrailin baş naziri İordaniyaya elan edilməmiş səfərə gedib 

Lavrov: ABŞ bütün qırmızı xətləri keçir

İordaniya 12 ədəd F-16 qırıcının satın alınması ilə bağlı ABŞ-la müqavilə imzalayıb

Lavrov: Rusiya hərbçiləri Ermənistanın Laçın dəhlizi ilə minalar daşıdığına dair Bakının məlumatlarını öyrənirlər

İordaniya İsrailə nota verib

Lavrov: Azərbaycan tərəfinin təklifləri sülh müqaviləsi üçün əsas yaratmağa imkan verir

Lavrov: Bakı və İrəvan sülh üçün həll yolları axtarmalıdır


Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66