İranda İmamzadəyə hücumla bağlı daha altı nəfər saxlanılıb31 Oktyabr 2022, 17:27 (GMT +4) Bakı, 31 oktyabr, SalamNews, S.Bağırov. İranda Şahçırağ İmamzadəsinə hücum edən şəxsdən əlavə yeni ələ keçirilənlər var.
SalamNews Tasnim-ə istinadən xəbər verir ki, bu barədə İranın kəfiyyat Nazirliyi məlumat yayıb.
Kəşfiyyat Nazirliyi ötən gün hücumu planlayanlardan ikinci şəxsin ələ keçirildiyini bildirmiş, bu gün isə daha altı nəfərin hücuma dəstək verdikləri ilə bağlı ələ keçdiklərini açıqlayıb.
İranın Kəşfiyyat Nazirliyi əlavə məlumatların veriləcəyini deyib.
Qeyd edək ki, Şahçırağ İmamzadəsinə hücumda 15 nəfər həlak olub və 40-a yaxın yaralanıb.
Bu hücumu İŞİD üzərinə götürüb.
|