Livan Parlamenti cari ayda üçüncü cəhddə də prezidenti seçə bilməyib24 Oktyabr 2022, 14:17 (GMT +4) Bakı, 24 oktyabr, SalamNews, S.Bağırov. Livan Parlamenti bu gün prezidentin müəyyənləşməsi üçün səsvermə keçirsə da nəticəsiz qalıb.
SalamNews xəbər verir ki, az öncə Livan mətbuatı bildirib ki, bu gün keçirilən Parlament səsverməsi də nəticəsiz qalıb.
Prezidentliyə namizədlərin heç biri səslərin üçdə ikisini əldə edə bilməyib.
Məlumata görə partiyaların və siyasi cinahların razılaşa bilməməsi səbəbindən səsverməyə qatılan deputatların çoxu boş bülleteni qutuya atırlar.
Qeyd edək ki, Livan Parlamentinin prezidenti seçmək üçün bu iclası cari ayda üçüncüdür. Gələn səsvermənin vaxtı hələ açıqlanmayıb.
|