İsrail Dəməşqin ətrafını hədəfə alıb, dağıntılar var22 Oktyabr 2022, 09:49 (GMT +4) Bakı, 22 oktyabr, SalamNews, S.Bağırov. İsrail təyyarələri Suriya hava məkanına daxil olmadan Dəməşqin ətrafını hava zərbələri ilə hədəfə alıb.
SalamNews əl-Məyadinə istinadən xəbər verir ki, ötən gecə Suriya paytaxtının ətrafına və ölkənin cənub bölgəsinə raketlərlə hücum edilib.
Məlumata görə səbəb İsrailin təcavüzüdür.
Suriyanın havadan müdafiə sistemləri raketlərin çoxunu zərərsizləşdiriblər.
Qismən dağıntıların olduğu bildirilir.
Qeyd edək ki, İsrail axırıncı dəfə ötən ay Hələb və Dəməşq hava limanlarını hədəfə almışdı.
|