ABŞ dövlət katibi yenidən Səudiyyə Ərəbistanını tənqid edib21 Oktyabr 2022, 10:45 (GMT +4) Bakı, 21 oktyabr, SalamNews, S.Bağırov. "Səudiyyə Ərəbistanının gündəlik neft hasilatını azaltmaq qərarı müttəfiq ölkəyə yaraşmır."
SalamNews xəbər verir ki, Antonio Blinken bunu ABC telekanalına müsahibəsində deyib.
ABŞ-ın dövlət katibi bu müsahibədə OPEC+ qrupunun ABŞ-ın fikrinə zidd olaraq gündə iki milyon barel neft hasilatını azaltmaq qərarına və və yaranan gərginliyə yenidən münasibət bildirib.
Müttəfiq bir ölkənin sözügedən qərarının ona yaraşmadığını deyən Blinken əlavə edib:
“Səudiyyə Ərəbistanı və OPEC+ qərarları neft hasilatını azaltmaqla Putinin gəlirini artırmağa kömək edirlər.”
O, daha sonra əlavə edib: Neft hasilatının azaldılması qərarını, bizim iqtisadi artımı canlandırmaq səylərimiz zamanında çox səhv idi. Səudiyyə Ərəbistanı və OPEC+ qrupunun bu hərəkəti son dərəcə təəssüf doğurur və çox yanlış qiymətləndirmədən irəli gəlir.
|