Dəməşqdə Həzrət Zəynəbin (s.ə) yeni zərihinin açılışı olub (VİDEO)
17 Oktyabr 2022, 09:45 (GMT +4)
Bakı, 17 oktyabr, SalamNews, S.Bağırov. Suriyanın paytaxtı Dəməşq şəhərində Həzrət Zeynəbin (s.ə) hərəmində yeni zərihin açılışı olub.
SalamNews xəbər verir ki, Həzrət Zeynəbin (s.ə) hərəmindəki yeni zərih Kərbəlada hazırlanıb və Dəməşqə aparılıb.
Son günlərdə bu zərih zəvvarların üzünə açıq elan edilib.
Bundan öncəki zərih 1955-ci ildə hazırlanmış və Həzrət Zeynəbin məzarı üzərində quraşdırılmışdı. Bu zərihi pakistanlı xeyriyyəçilər düzəltmiş, isfahanlı xeyriyyəçilər isə onun gümüş və qızılla bəzədilməsini öhdəsinə götürmüşdülər.
Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.