TASS: Zaporojyedə infrastruktur obyektlərində dağıntılar qeydə alınıb15 Oktyabr 2022, 14:39 (GMT +4) Bakı, 15 oktyabr, SalamNews. Zaporojye şəhərinin rəhbərliyi şənbə günü enerji infrastrukturu obyektlərinin dağıdılması barədə məlumat verib.
Zaporojya Şəhər Şurasının katibi Anatoli Kurtevin sözlərinə görə, sənaye və enerji infrastrukturu obyektləri” zədələnib, dağıntılar var.
SalamNews "TASS"a istinadən xəbər verir ki, Kurtev bu barədə "Telegram" kanalında yazıb.
Şəhər Şurasının katibi onu da bildirib ki, kommunal xidmətlər artıq fəsadları aradan qaldırmağa başlayır.
Bundan öncə Kurtev bildirib ki, zərbələr nəticəsində Zaporojyedə yanğın baş verib.
|