Mobil versiya RU AZ
_




DÜNYA » DİN

Ayətullah Xamenei: Peyğəmbərin (s) mövludu təkcə bayram etmək deyil, nümunə götürməkdir

14 Oktyabr 2022, 12:48 (GMT +4)

Bakı, 14 oktyabr, SalamNews, S.Bağırov. “Biz bu günləri bayram edirik. Əsas məqam budur ki, bayram etmək təkcə şənlik, xatirəsini yad etmək və xatirələrdə saxlamaq deyil. Bayram etmək ondan dərs almaq və Peyğəmbəri (s) özünə nümunə götürməkdir.”

SalamNews Tasnim-ə istinadən xəbər verir ki, bunu İran İslam İnqilabının Ali lideri Ayətullah Seyid Əli Xameni bu günkü çıxışında deyib.

Tehranda “İslami Vəhdət Beynəlxalq Konfransı”nın iştirakçılarını, daxili və xarici qonaqlarını qəbul edən Ayətullah Xamenei Məhəmməd Peyğəmbərin (s) mövlud gününün əhəmiyyətindən və müsəlman dünyasının o həzrətin yolunu tutmasının vacibliyindən danışıb.

Ayətullah Xamenei qeyd edib ki, Məhəmməd Peyğəmbərin (s) mövludu təkcə bayram keçirmək deyil, həm də onu özünə nümunə götürməkdən ibarətdir.

Ayətullah Xamenei Peyğəmbərin (s) mövludu ərəfəsində keçirilən vəhdət günləri və İslam dünyasında birlik konsepsiyası haqda bunları deyib:

"Birlik həftəsinin həyata keçirilməsinə doğru getməliyik. İndi birlik nə deməkdir? Birlik dedikdə nəzərdə tutulan, şübhəsiz ki, məzhəbi birlik deyil. Bu o deməkdir ki, bu onun dininə daxil olmalı, o da bunun məzhəbinə. Xeyr, qətiliklə niyyət bu deyil. Vəhdət coğrafi anlamda da deyil. 60-70-ci illərdə bəzi ərəb ölkələrinin birləşərək bir olduqlarını bəyan etdikləri kimi ki, bu da baş tutmadı. Vəhdət İslam ümmətinin mənafeyinin qorunmasında olan birlik deməkdir. Əvvəlcə İslam ümmətinin maraqlarının harada və nədən ibarət olduğunu müəyyən edək; O zaman bu kontekstdə xalqlar bir-biri ilə razılaşsınlar, görsünlər ki, bu gün İslam ümmətinin nəyə ehtiyacı var, kiminlə düşmən, kiminlə dost, necə dost olsun?! Xalqlar müzakirə və danışıqlar zamanı bu istiqamətləri razılaşdırsınlar və bu istiqamətdə hərəkət etsinlər. (Birlikdən) Məqsəd də budur ki, hamı hegemonun planı qarşısında bir-birilə əməkdaşlıq etsinlər."



Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Bu gün Həzrət İmam Həsənin (ə) mövlud günüdür

Bu gün 12-ci İmam Həzrət Mehdinin (ə) mövlud günüdür

Bu gün İmam Hüseynin (ə) mövlud günüdür

Nəcəfdə İmam Əlinin (ə) mövluduna hazırlıqlar görülür (FOTO)

Ayətullah Xamenei Avropada Quranın yandırılmasını kəskin pisləyib

Rəcəb ayının biri imam Məhəmməd Baqirin (ə) mövlud günüdür

Mövlud Çavuşoğlu: Türkiyə və İran qarşılıqlı ticarətin 30 milyarda çatdırılmasına çalışır

İranda xanım Fatimənin (s.ə) mövludu münasibəti ilə 975 qadın məhbus azad edilib

Ayətullah Xamenei İmamzadəyə hücumdan və ABŞ-ın mövqeyindən danışıb

Ayətullah Xamenei sünni din aliminə qarşı sui-qəsdlə bağlı bəyanat verib

Ayətullah Xamenei İraq hökumətini kürd separatçılarının olduğu bölgədə iqtidarını artırmağa çağırıb

Bu gün Xanım Zeynəbin (s.ə) mövlud günüdür

İraqın baş naziri Tehranda Ayətullah Xamenei ilə görüşüb

Ayətullah Xamenei: Qərb, sənayesinin bölgəmizdəki neftə bağlı olduğu üçün İsraili burada yerləşdirilib

Qərbin əsəbiliyi İrandakı inkişafa görədir – Ayətullah Xamenei

Yusif Peyğəmbərin (ə) məzarı yaxınlığında qarşıdurmada fələstinlilərdən ölən və yaralananlar var

Bu gün İmam Həsən Əskərinin (ə) mövlududur

ABŞ-ın toxunulmaz güc olduğunu düşünənlər yanılırlar – Ayətullah Xamenei

Ayətullah Xamenei İŞİD-in İranda İmamzadəyə hücumu barədə bəyanat verib

Ayətullah Xamenei: Əvvəl PUA-larımıza fotoşop deyirdilər, indi təhlükəli olduğunu bildirirlər


Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66