KİV: Nikolaev və Zaporojyedə güclü partlayışlar baş verib12 Oktyabr 2022, 12:21 (GMT +4) Bakı, 12 oktyabr, SalamNews. Ukraynanın İctimai televiziyası çərşənbə günü Nikolaev və Zaporojyedə partlayışlar, eləcə də Kiyevdə hava hücumu xəbərdarlığı barədə məlumat yayıb.
İctimai televiziyanın "Telegram" kanalında qeyd etdiyinə görə, Zaporojyedəki partlayışları şəhər administrasiyasının rəhbəri Aleksandr Starux, Nikolaevdəki partlayışları və Kiyevdəki sirenləri televiziya müxbirləri təsdiqləyiblər.
SalamNews-un "TASS"a istinadla verdiyi xəbərə görə, “Apostrof” nəşri məlumat verir ki, Kiyev, Çerniqov, Sumı, Çerkassı, Kirovoqrad, Nikolayev, Dnepropetrovsk, Xarkov, Poltava və Zaporojye vilayətinin Kiyevin nəzarətində olan hissələrində hava həyəcanı elan edilib.
|