Kiyevin mərkəzində silsilə partlayışlar baş verib10 Oktyabr 2022, 11:17 (GMT +4) Bakı, 10 oktyabr, SalamNews. Hadisə şahidlərinin "TASS"a verdiyi məlumata görə, səhər saatlarında Kiyevin mərkəzində üç partlayış baş verib.
Partlayışların mərkəzi Peçerski rayonunda, Şevçenkovski rayonunda Vladimirskaya küçəsində və Vozduxoflotski prospektində baş verdiyi bildirilir.
Partlayış səsləri 08:20-dən etibarən eşidilib.
SalamNews xəbər verir ki, Vladimirskaya küçəsində Ukrayna Təhlükəsizlik Xidmətinin binası yerləşir.
|