Mobil versiya RU AZ
_




DÜNYA » SİYASƏT

Rəcəb Tayyib Ərdoğan: Türkiyə Aİ üçün açar ölkədir

07 Oktyabr 2022, 11:02 (GMT +4)

Bakı, 7 oktyabr, SalamNews . Son proseslər göstərir ki, Türkiyə Aİ və bütün Avropa qitəsi üçün açar ölkədir.

"Türkiyə Aİ-nin üzləşdiyi çətinliklərin öhdəsindən gəlməkdə, eləcə də dünya səhnəsində cəmiyyətin rolunu yenidən düşünməkdə əvəzolunmazdır", deyə prezident bildirib. 

SalamNews-un "AA"ya istinadla verdiyi xəbərə görə, eyni zamanda o qeyd edib ki, Avropa siyasi birliyi Aİ-nin genişlənmə siyasətinə alternativ deyil. Dövlət başçısı vurğulayıb ki, Türkiyənin bu platformada iştirakı Ankaranın Avropa İttifaqına üzvlük prosesinə xələl gətirməyəcək.

"Ankaranın əsas gözləntisi Avropa Siyasi Birliyinin Aİ ilə əlaqələrimizi gücləndirməsi və bloka üzvlük prosesinə töhfə verməsidir", deyə türkiyəli lider qeyd edib. 

Dövlət başçısı Kipr probleminin həlli perspektivlərinə, Ankara ilə Afina arasındakı gərginliyə də toxunub. O vurğulayıb ki, Kiprdə nizamlanmanın yeganə açarı Şimali Kipr Türk Respublikasının beynəlxalq statusunun tanınmasıdır.

"Türkiyə heç bir ölkənin ərazisinə və suverenliyinə iddia etmir. Biz yalnız ölkəmizin və Kipr türklərinin maraqlarını qorumaq üçün mübarizə aparırıq. Praqa sammitində bir çox ölkə Türkiyənin Yunanıstanla münasibətləri yaxşılaşdırmaq üçün addımlar atacağını gözləyirdi. Ancaq hazırda Yunanıstanla danışacaq bir şeyimiz yoxdur”, deyə Ərdoğan vurğulayıb. 

Onun sözlərinə görə, Türkiyə Aİ-nin Yunanıstanın ittifaqın həmrəyliyi bəhanəsi ilə qeyri-qanuni təşəbbüslərini dəstəkləmək əvəzinə onu ikitərəfli dialoqa dəvət etməsini gözləyir.

Eyni zamanda o, Türkiyənin təkcə Yunanıstana deyil, onun təhlükəsizliyini təhdid edən istənilən ölkəyə də adekvat cavab verməyə hazır olduğunu vurğulayıb.

"Bunu təkcə Yunanıstan yox, hamçı eşitsin. Hansı ölkə bizə hücum edirsə etsin, “bir gecə qəfil gələ bilərik”. Onlar bunu bilməlidirlər”, deyə prezident xəbərdarlıq edib. 

Dövlət başçısı onu da bildirib ki, cümə günü rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı olacaq, söhbət zamanı taxıl və gübrələrin tədarükü, eləcə də əsirlərin mübadiləsi məsələlərini müzakirə etmək planlaşdırılır.

Dövlət başçısı Rusiya gübrələrinin Türkiyə vasitəsilə ehtiyacı olan ölkələrə çatdırıla biləcəyinə də diqqət çəkib.

Prezidentin sözlərinə görə, taxılın davamlı tədarükü “Ukrayna xalqının, Avropanın və bütün dünyanın maraqlarına xidmət edir”.

O xatırladıb ki, Qara dəniz taxıl dəhlizi, Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi Türkiyənin bütün çətinliklərə baxmayaraq əldə etdiyi diplomatik uğurlarıdır.

Suriyadakı vəziyyəti şərh edən Türkiyə lideri vurğulayıb ki, bu ölkənin şimalı terror təşkilatlarından təmizlənməlidir.

Prezident Ərdoğan bildirib ki, hazırda onun Suriya prezidenti Bəşər Əsədlə görüşündən söhbət gedə bilməz, lakin gələcəkdə belə bir görüşün “doğru zamanda” keçirilə biləcəyini də istisna etməyib.



Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66