İranda son etiraz və iğtişaşlarda saxlanılanların yarısı sərbəst buraxılıb06 Oktyabr 2022, 13:31 (GMT +4) Bakı, 6 oktyabr, SalamNews, S.Bağırov. “Son iğtişaşlar zamanı məhbusların təxminən yarısı azad edilib.”
SalamNews əl-Aləmə istinadən xəbər verir ki, bunu İran həbsxanalarının sədri Qulam Əli Məhəmmədi deyib.
Məhəmmədi Məhkəmə Hakimiyyətinin sədri höccətül-İslam Qulamhüseyn Möhseni Ejei və digər məhkəmə orqanlarının rəhbərləri ilə görüşündə deyib ki, son iğtişaşlarda həbs edilənlərin təxminən yarısı həbsxanalardan azad edilib.
O bildirib ki, son iğtişaşları təşkil edən və ona rəhbərlik edənlər azad edilməyəcəklər.
Bu arada İran təhlükəsizlik qurumlarının məlumatına görə saxlanılanların böyük əksəriyyəti gənclərdir ki, azdırıcı təbliğata uyaraq iğtişalara qoşulublar.
|