Qazaxıstanın hakim partiyası Tokayevin prezidentliyə namizədliyini irəli sürməyi təklif edib06 Oktyabr 2022, 13:28 (GMT +4) Bakı, 6 oktyabr, SalamNews. AMANAT partiyasının sədri Yerlan Koşanov Qazaxıstan Respublikası prezidentliyinə Kasım-Jomart Tokayevin namizədliyini irəli sürməyi təklif edib.
SalamNews xəbər verir ki, "Kazinform" məlumat verib.
O, belə bir təklifi AMANAT partiyasının növbədənkənar XXIV qurultayında səsləndirib.
Qurultayın işində 1200 AMANAT üzvü iştirak edir.
"Biz keçmişə qayıtmamalıyıq. Genişmiqyaslı dəyişikliklərin qanuni davamı olmalıdır. Dövlətin qarşısında duran böyük məqsədə, ideallara çatmaq üçün isə bizə layiqli rəhbər lazımdır. Ona görə də mən prezidentliyə namizəd kimi Kasım-Jomart Kemeleviç Tokayevi təklif edirəm", deyə Koşanov bildirib.
|