Çexiya nümayəndəsi: Aİ Rusiyaya qarşı sanksiyalardan yayınmaq cəhdlərinə görə cəza üçün yeni meyarlar tətbiq edəcək05 Oktyabr 2022, 16:24 (GMT +4) Bakı, 5 oktyabr, SalamNews. Avropa İttifaqı anti-Rusiya sanksiyalarının səkkizinci paketinin bir hissəsi olaraq məhdudiyyətlərdən yayınma cəhdlərinin cəzalandırılması üçün yeni meyarlar tətbiq edəcək.
SalamNews "Gazeta.ru"ya istinadən xəbər verir ki, bu barədə hazırda Aİ-ni təmsil edən Çexiyanın Twitter-də dərc olunmuş mesajında deyilir.
"Yeni paketə sanksiyalar rejiminin Xerson və Zaporojyeyə qədər genişləndirilməsi, sanksiyalardan yayınmağın yeni meyarları, eləcə də yeni siyahılar daxildir", deyə məlumatda deyilir.
Daha əvvəl Çexiya nümayəndəsi Edita Hrda bildirmişdi ki, Aİ-nin daimi nümayəndələri Rusiya Federasiyasına qarşı yeni sanksiyalar paketi ilə bağlı razılığa gəliblər.
Onun sözlərinə görə, yeni sanksiyalara müəyyən növ polad məhsulları, plastik və kimyəvi maddələrin qadağan edilməsi daxildir.
|