Rusiyanın ABŞ-dakı səfiri: Kiyevə silah tədarükü RF ilə Qərb arasında toqquşma riskini artırır05 Oktyabr 2022, 11:12 (GMT +4) Bakı, 5 oktyabr, SalamNews. Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov ABŞ-ın Ukraynaya yeni hərbi yardım paketini şərh edib.
SalamNews-un "TASS"a istinadla verdiyi xəbərə görə, səfir hesab edir ki, ABŞ-ın “Kiyevi ağır silahlarla təchiz etmək qərarı Vaşinqtonun münaqişənin iştirakçısı statusunu təsdiqləyir”.
Onun sözlərinə görə, Moskva bunu özünün strateji maraqlarına birbaşa təhlükə kimi qəbul edir.
Antonov bildirib ki, ABŞ və müttəfiqlərinin Kiyevə hərbi məhsulların tədarükü Rusiya Federasiyası ilə Qərb ölkələri arasında birbaşa hərbi toqquşma təhlükəsini artırır.
Moskva Vaşinqtonu bu cür təxribat xarakterli hərəkətləri dayandırmağa çağırır. Antonov əlavə edib ki, onların ciddi nəticələri ola bilər.
Qeyd edək ki, ABŞ Müdafiə nazirinin Rusiya, Ukrayna və Avrasiya üzrə köməkçisinin müavini Laura Kuper Pentaqonda jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib ki, ölkə administrasiyası hələlik Ukraynaya Lend-Liz üzrə silah tədarükünə ehtiyac görmür.
Pentaqon rəsmisi qeyd edib ki, Amerika anbarlarından birbaşa Ukraynaya silah göndərilərkən “zədələnmiş texnikaya görə kompensasiya” tələb olunmur.
|