Mobil versiya RU AZ
_




RUSİYA » SİYASƏT

Dövlət Duması dörd yeni bölgənin Rusiyaya qəbulu haqqında sazişləri ratifikasiya edib

03 Oktyabr 2022, 17:12 (GMT +4)

Bakı, 3 oktyabr, SalamNews. Dövlət Duması bazar ertəsi keçirilən iclasda Donetsk və Luqansk “xalq respublikaları”, habelə Xerson və Zaporojye vilayətlərinin Rusiya tərkibinə qəbul edilməsinə dair dörd beynəlxalq sazişi yekdilliklə ratifikasiya edib.

Sənədlər sentyabrın 30-da Moskvada imzalanıb. Beynəlxalq müqavilələr, digər məsələlərlə yanaşı, yeni qurumların sərhədlərinin müəyyən edilməsindən bəhs edir. Respublikaların və bölgələrin sərhədləri "onların yarandığı və Rusiya Federasiyasına qəbul edildiyi gün mövcud olan" ərazinin sərhədləri ilə müəyyən ediləcəkdir.

SalamNews "TASS"a istinadən verdiyi xəbərə görə, beynəlxalq müqavilələr müəyyən edir ki, xarici dövlətin ərazisi ilə əlaqəli sərhədlər Rusiya Federasiyasının dövlət sərhədi olacaqdır.

Müqavilələrdə o da qeyd olunur ki, subyektlərin Rusiyaya qəbul olunduğu gündən indiki adlarını saxlayacaq iki respublika və iki bölgə formalaşacaq. Onların başçıları qubernator statusu alacaq. Subyektlərin rəhbərlərinin səlahiyyətlərini icra edənlər subyektlərin qəbul edildiyi gündən 10 gün ərzində Rusiya Federasiyasının Prezidenti tərəfindən təyin edilir. Regional hökumətlər "Rusiya Federasiyasının qanunvericiliyinə uyğun olaraq" səlahiyyətlərini icra edən qubernatorlar tərəfindən formalaşdırılacaq.

Bazar günü Rusiya prezidenti Vladimir Putin Dövlət Dumasına subyektlərin Rusiyaya qəbulu haqqında federal konstitusiya qanunlarının, habelə beynəlxalq müqavilələrin ratifikasiyası üçün layihələr təqdim edib. Həmçinin Rusiya Konstitusiya Məhkəməsi ərəfəsində dövlət başçısının təqdim etdiyi sənədləri təsdiqləyib.

Sentyabrın 30-da Kremldə təntənəli mərasim keçirilib və bu mərasimdə Rusiya prezidenti Donetsk və Luqansk “xalq respublikaları”, Xerson və Zaporojye vilayətlərinin rəhbərləri ilə yeni ərazilərin Rusiya Federasiyasının tərkibinə daxil edilməsi haqqında sazişlər imzalayıb.

Daha öncə həmin ərazilərdə referendumlar keçirilib. Bölgələrin sakinləri səs çoxluğu ilə Rusiyanın tərkibinə qoşulmağı dəstəkləyiblər.



Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

01 Dekabr 2022, 18:00 (GMT +4)
Azərbaycanda pul bazası noyabrda cüzi artıb

01 Dekabr 2022, 17:51 (GMT +4)
DSX: Ötən ay sərhədi pozan 47 nəfər saxlanılıb

01 Dekabr 2022, 17:41 (GMT +4)
İraqın neftdən bir aylıq gəliri səkkiz milyardı keçib

01 Dekabr 2022, 17:36 (GMT +4)
Azərbaycana gətirilmiş bioloji aktiv qida məhsulu partiyasının yararsız olduğu aşkarlanıb

01 Dekabr 2022, 17:24 (GMT +4)
Polşa höküməti: Almaniya Ukraynaya hərbi yardımda zəif iştirak edir

01 Dekabr 2022, 17:20 (GMT +4)
Ceyhun Bayramov Niderlandın XİN başçısı ilə görüşüb

01 Dekabr 2022, 17:10 (GMT +4)
Peyvənd olunanların sayı açıqlanıb

01 Dekabr 2022, 16:58 (GMT +4)
MN: Azərbaycan-Pakistan-Türkiyə hərbi əməkdaşlığının inkişafı müzakirə olunub

01 Dekabr 2022, 16:57 (GMT +4)
Medvedyev: Rusiya qüvvələrini toplayaraq lazımi zərbəni endirə biləcək

01 Dekabr 2022, 16:50 (GMT +4)
Son sutkada Azərbaycanda 48 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb

01 Dekabr 2022, 16:40 (GMT +4)
Somalidə əl-Şəbab qruplaşmasının 41 üzvü zərərsizləşdirilib

01 Dekabr 2022, 16:34 (GMT +4)
Bərdədə narkotik satan şəxslər saxlanılıb

01 Dekabr 2022, 16:22 (GMT +4)
Medvedyev: Münhen Təhlükəsizlik Konfransı tamamilə deqradasiyaya uğrayıb

01 Dekabr 2022, 16:20 (GMT +4)
Azərbaycan Prezidenti Çin liderinə başsağlığı verib

01 Dekabr 2022, 16:10 (GMT +4)
Fermerlərin torpaqların sənədləşməsi ilə bağlı müraciətlərinin sayı açıqlanıb

01 Dekabr 2022, 15:58 (GMT +4)
Politico: Fransa qeyri-rəsmi olaraq Ukraynaya artıq yardım edə bilməyəcəyini etiraf edir

01 Dekabr 2022, 15:50 (GMT +4)
AQTA: Bakıda marketdə saxta spirtli içkilər aşkarlanıb

01 Dekabr 2022, 15:38 (GMT +4)
Lavrov: Azərbaycan Qarabağ ermənilərinin hüquqlarını təmin etməyə hazırdır

01 Dekabr 2022, 15:36 (GMT +4)
Deputat Rüfət Quliyev: Supermarketlərdə məhsulun üzərindəki qiymət real ödəniş qiymətindən fərqlənir

01 Dekabr 2022, 15:35 (GMT +4)
İran prezidenti son iki ayda ən çox etiraz və iğtişaşların şahidi olan Kürdüstana gedib

01 Dekabr 2022, 15:30 (GMT +4)
Deputat Əli Məsimli: Dərmanların gizlədilməsi, sonra yüksək qiymətlə satılması halları var

01 Dekabr 2022, 15:20 (GMT +4)
Deputat: Ağcabədidə 8 manata satılan ət Bakıda 18 manata təklif olunur, bunun metodologiyası necə hesablanır?

01 Dekabr 2022, 15:10 (GMT +4)
İnam Kərimov Masallıda vətəndaşları qəbul edib

01 Dekabr 2022, 14:59 (GMT +4)
Lavrov: Ermənistanın Alma-Ata Bəyannaməsini təsdiqləməsi Qarabağın statusu məsələsini həll edir

01 Dekabr 2022, 14:56 (GMT +4)
DMX: Azərbaycanın 23 vətəndaşı Almaniyadan ölkəyə geri qəbul edilib

01 Dekabr 2022, 14:44 (GMT +4)
Ceyhun Bayramov polşalı həmkarı ilə görüşüb

01 Dekabr 2022, 14:34 (GMT +4)
Livan parlamenti səkkizinci cəhddə də ölkə prezidentini seçə bilməyib

01 Dekabr 2022, 14:30 (GMT +4)
Azərbaycanda yağışlı hava şəraiti dekabrın 7-dək davam edəcək (XƏBƏRDARLIQ)

01 Dekabr 2022, 14:20 (GMT +4)
Azərbaycan və Çexiya XİN başçılarının görüşü olub

01 Dekabr 2022, 14:13 (GMT +4)
Lukaşenko: Ukrayna hər vəchlə NATO qoşunlarını münaqişəyə cəlb etməyə çalışır

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66