Mobil versiya RU AZ
_




DÜNYA » SİYASƏT

Polşanın xarici işlər naziri Almaniyadan təzminat tələb edən nota imzalayıb

03 Oktyabr 2022, 16:52 (GMT +4)

Bakı, 3 oktyabr, SalamNews . Polşanın xarici işlər naziri Zbiqnev Rau Almaniyadan İkinci Dünya Müharibəsi zamanı ölkəyə dəyən zərərin ödənilməsini tələb edən nota imzalayıb.

SalamNews "TASS"a istinadən xəbər verir ki, imzalanma mərasimi Polşa televiziyası tərəfindən yayımlanıb.

Nazirin sözlərinə görə, notada Polşa Xarici İşlər Nazirliyinin əminliyi ifadə olunub ki, tərəflər 1939-1945-ci illərdə nasistlərin təcavüzü və işğalı illərində talan edilmiş Polşa mədəni sərvətləri və arxivləri məsələsinin sistemli həlli, Polşa dövlət banklarının aktiv və öhdəliklərinin qaytarılması, maddi və qeyri-maddi itkilərin ödənilməsi məsələsinin həlli istiqamətində addımlar atmalıdırlar.

"Belə nizamlanma Polşa-Almaniya münasibətlərinin ədalətə və həqiqətə əsaslanmasına imkan verəcək, keçmişin ağrılı səhifələrini bağlayacaq və ikitərəfli münasibətlərin mehriban qonşuluq və dostluq əməkdaşlığı ruhunda daha da inkişafını təmin edəcək", deyə nazir bildirib.

Təzminat mövzusu Polşada 2018-ci ilin iyul ayından, respublikanın hakim Qanun və Ədalət partiyasının lideri Yaroslav Kaçinskinin ölkənin Almaniyadan heç vaxt kompensasiyadan imtina etmədiyini bildirdiyi vaxtdan müzakirə edilir. Sentyabrın 1-də Polşa hakimiyyət orqanları 1939-1945-ci illərdə faşist Almaniyasının hücumu və alman işğalı nəticəsində Polşanın verdiyi itkilər haqqında respublikada ekspertlər tərəfindən hazırlanmış üç cildlik hesabatı təqdim etdi. Elan edilmiş ümumi məbləğ 6.220.609.000.000 PLN (məzənnədən asılı olaraq, bu, təxminən 1,3-1,5 trilyon dollardır) təşkil edir.

Almaniya hökuməti dəfələrlə bildirib ki, onlar heç bir ödəniş üçün heç bir səbəb görmürlər, çünki 1953-cü ildə Polşa təzminatdan rəsmən imtina edib.

Varşava iddia edir ki, 1953-cü il müqaviləsi SSRİ-nin təzyiqi ilə və suveren olmayan Almaniya Demokratik Respublikası və Polşa Xalq Respublikasına imzalanıb.

 



Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

01 Dekabr 2022, 18:00 (GMT +4)
Azərbaycanda pul bazası noyabrda cüzi artıb

01 Dekabr 2022, 17:51 (GMT +4)
DSX: Ötən ay sərhədi pozan 47 nəfər saxlanılıb

01 Dekabr 2022, 17:41 (GMT +4)
İraqın neftdən bir aylıq gəliri səkkiz milyardı keçib

01 Dekabr 2022, 17:36 (GMT +4)
Azərbaycana gətirilmiş bioloji aktiv qida məhsulu partiyasının yararsız olduğu aşkarlanıb

01 Dekabr 2022, 17:24 (GMT +4)
Polşa höküməti: Almaniya Ukraynaya hərbi yardımda zəif iştirak edir

01 Dekabr 2022, 17:20 (GMT +4)
Ceyhun Bayramov Niderlandın XİN başçısı ilə görüşüb

01 Dekabr 2022, 17:10 (GMT +4)
Peyvənd olunanların sayı açıqlanıb

01 Dekabr 2022, 16:58 (GMT +4)
MN: Azərbaycan-Pakistan-Türkiyə hərbi əməkdaşlığının inkişafı müzakirə olunub

01 Dekabr 2022, 16:57 (GMT +4)
Medvedyev: Rusiya qüvvələrini toplayaraq lazımi zərbəni endirə biləcək

01 Dekabr 2022, 16:50 (GMT +4)
Son sutkada Azərbaycanda 48 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb

01 Dekabr 2022, 16:40 (GMT +4)
Somalidə əl-Şəbab qruplaşmasının 41 üzvü zərərsizləşdirilib

01 Dekabr 2022, 16:34 (GMT +4)
Bərdədə narkotik satan şəxslər saxlanılıb

01 Dekabr 2022, 16:22 (GMT +4)
Medvedyev: Münhen Təhlükəsizlik Konfransı tamamilə deqradasiyaya uğrayıb

01 Dekabr 2022, 16:20 (GMT +4)
Azərbaycan Prezidenti Çin liderinə başsağlığı verib

01 Dekabr 2022, 16:10 (GMT +4)
Fermerlərin torpaqların sənədləşməsi ilə bağlı müraciətlərinin sayı açıqlanıb

01 Dekabr 2022, 15:58 (GMT +4)
Politico: Fransa qeyri-rəsmi olaraq Ukraynaya artıq yardım edə bilməyəcəyini etiraf edir

01 Dekabr 2022, 15:50 (GMT +4)
AQTA: Bakıda marketdə saxta spirtli içkilər aşkarlanıb

01 Dekabr 2022, 15:38 (GMT +4)
Lavrov: Azərbaycan Qarabağ ermənilərinin hüquqlarını təmin etməyə hazırdır

01 Dekabr 2022, 15:36 (GMT +4)
Deputat Rüfət Quliyev: Supermarketlərdə məhsulun üzərindəki qiymət real ödəniş qiymətindən fərqlənir

01 Dekabr 2022, 15:35 (GMT +4)
İran prezidenti son iki ayda ən çox etiraz və iğtişaşların şahidi olan Kürdüstana gedib

01 Dekabr 2022, 15:30 (GMT +4)
Deputat Əli Məsimli: Dərmanların gizlədilməsi, sonra yüksək qiymətlə satılması halları var

01 Dekabr 2022, 15:20 (GMT +4)
Deputat: Ağcabədidə 8 manata satılan ət Bakıda 18 manata təklif olunur, bunun metodologiyası necə hesablanır?

01 Dekabr 2022, 15:10 (GMT +4)
İnam Kərimov Masallıda vətəndaşları qəbul edib

01 Dekabr 2022, 14:59 (GMT +4)
Lavrov: Ermənistanın Alma-Ata Bəyannaməsini təsdiqləməsi Qarabağın statusu məsələsini həll edir

01 Dekabr 2022, 14:56 (GMT +4)
DMX: Azərbaycanın 23 vətəndaşı Almaniyadan ölkəyə geri qəbul edilib

01 Dekabr 2022, 14:44 (GMT +4)
Ceyhun Bayramov polşalı həmkarı ilə görüşüb

01 Dekabr 2022, 14:34 (GMT +4)
Livan parlamenti səkkizinci cəhddə də ölkə prezidentini seçə bilməyib

01 Dekabr 2022, 14:30 (GMT +4)
Azərbaycanda yağışlı hava şəraiti dekabrın 7-dək davam edəcək (XƏBƏRDARLIQ)

01 Dekabr 2022, 14:20 (GMT +4)
Azərbaycan və Çexiya XİN başçılarının görüşü olub

01 Dekabr 2022, 14:13 (GMT +4)
Lukaşenko: Ukrayna hər vəchlə NATO qoşunlarını münaqişəyə cəlb etməyə çalışır

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66