Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

DSX: Azərbaycana 26 kq narkotik keçirilməsinin qarşısı alınıb

03 Oktyabr 2022, 18:00 (GMT +4)

Bakı, 3 oktyabr, SalamNews. Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində son günlərdə Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən 26 kiloqram narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Bu barədə SalamNews-a DSX-dən məlumat verilib.

Oktyabr ayının 2-də saat 03:14-də “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonunun Bala Bəhmənli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının sahəsində xidmət aparan sərhəd naryadı tərəfindən dövlət sərhədinin İrandan Azərbaycan istiqamətində pozulmasına dəlalət edən əlamətlər aşkar edilmiş, sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılıb, xidməti ərazi qapadılıb.

Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ərazidə 2 ədəd bağlama içərisində təxmini çəkisi 17 kiloqram 660 qram narkotik vasitəyə (13 kq 90 qram heroin, 4 kq 570 qram metamfetamin) bənzər maddə aşkar olunaraq götürülüb.

Oktyabr ayının 2-də saat 11:00 radələrində “Horadiz” sərhəd dəstəsinin Beyləqan rayonunun Qazaxlar kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Aparılmış axtarış tədbirləri nəticəsində kolluq və qamışlıq ərazidə gizlədilmiş 1 ədəd bağlamanın içərisində ümumi çəkisi 8 kiloqram 340 qram narkotik vasitəyə (marixuana) bənzər maddə aşkar olunaraq götürülüb.

Faktlar üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.



Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

01 Dekabr 2022, 18:00 (GMT +4)
Azərbaycanda pul bazası noyabrda cüzi artıb

01 Dekabr 2022, 17:51 (GMT +4)
DSX: Ötən ay sərhədi pozan 47 nəfər saxlanılıb

01 Dekabr 2022, 17:41 (GMT +4)
İraqın neftdən bir aylıq gəliri səkkiz milyardı keçib

01 Dekabr 2022, 17:36 (GMT +4)
Azərbaycana gətirilmiş bioloji aktiv qida məhsulu partiyasının yararsız olduğu aşkarlanıb

01 Dekabr 2022, 17:24 (GMT +4)
Polşa höküməti: Almaniya Ukraynaya hərbi yardımda zəif iştirak edir

01 Dekabr 2022, 17:20 (GMT +4)
Ceyhun Bayramov Niderlandın XİN başçısı ilə görüşüb

01 Dekabr 2022, 17:10 (GMT +4)
Peyvənd olunanların sayı açıqlanıb

01 Dekabr 2022, 16:58 (GMT +4)
MN: Azərbaycan-Pakistan-Türkiyə hərbi əməkdaşlığının inkişafı müzakirə olunub

01 Dekabr 2022, 16:57 (GMT +4)
Medvedyev: Rusiya qüvvələrini toplayaraq lazımi zərbəni endirə biləcək

01 Dekabr 2022, 16:50 (GMT +4)
Son sutkada Azərbaycanda 48 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb

01 Dekabr 2022, 16:40 (GMT +4)
Somalidə əl-Şəbab qruplaşmasının 41 üzvü zərərsizləşdirilib

01 Dekabr 2022, 16:34 (GMT +4)
Bərdədə narkotik satan şəxslər saxlanılıb

01 Dekabr 2022, 16:22 (GMT +4)
Medvedyev: Münhen Təhlükəsizlik Konfransı tamamilə deqradasiyaya uğrayıb

01 Dekabr 2022, 16:20 (GMT +4)
Azərbaycan Prezidenti Çin liderinə başsağlığı verib

01 Dekabr 2022, 16:10 (GMT +4)
Fermerlərin torpaqların sənədləşməsi ilə bağlı müraciətlərinin sayı açıqlanıb

01 Dekabr 2022, 15:58 (GMT +4)
Politico: Fransa qeyri-rəsmi olaraq Ukraynaya artıq yardım edə bilməyəcəyini etiraf edir

01 Dekabr 2022, 15:50 (GMT +4)
AQTA: Bakıda marketdə saxta spirtli içkilər aşkarlanıb

01 Dekabr 2022, 15:38 (GMT +4)
Lavrov: Azərbaycan Qarabağ ermənilərinin hüquqlarını təmin etməyə hazırdır

01 Dekabr 2022, 15:36 (GMT +4)
Deputat Rüfət Quliyev: Supermarketlərdə məhsulun üzərindəki qiymət real ödəniş qiymətindən fərqlənir

01 Dekabr 2022, 15:35 (GMT +4)
İran prezidenti son iki ayda ən çox etiraz və iğtişaşların şahidi olan Kürdüstana gedib

01 Dekabr 2022, 15:30 (GMT +4)
Deputat Əli Məsimli: Dərmanların gizlədilməsi, sonra yüksək qiymətlə satılması halları var

01 Dekabr 2022, 15:20 (GMT +4)
Deputat: Ağcabədidə 8 manata satılan ət Bakıda 18 manata təklif olunur, bunun metodologiyası necə hesablanır?

01 Dekabr 2022, 15:10 (GMT +4)
İnam Kərimov Masallıda vətəndaşları qəbul edib

01 Dekabr 2022, 14:59 (GMT +4)
Lavrov: Ermənistanın Alma-Ata Bəyannaməsini təsdiqləməsi Qarabağın statusu məsələsini həll edir

01 Dekabr 2022, 14:56 (GMT +4)
DMX: Azərbaycanın 23 vətəndaşı Almaniyadan ölkəyə geri qəbul edilib

01 Dekabr 2022, 14:44 (GMT +4)
Ceyhun Bayramov polşalı həmkarı ilə görüşüb

01 Dekabr 2022, 14:34 (GMT +4)
Livan parlamenti səkkizinci cəhddə də ölkə prezidentini seçə bilməyib

01 Dekabr 2022, 14:30 (GMT +4)
Azərbaycanda yağışlı hava şəraiti dekabrın 7-dək davam edəcək (XƏBƏRDARLIQ)

01 Dekabr 2022, 14:20 (GMT +4)
Azərbaycan və Çexiya XİN başçılarının görüşü olub

01 Dekabr 2022, 14:13 (GMT +4)
Lukaşenko: Ukrayna hər vəchlə NATO qoşunlarını münaqişəyə cəlb etməyə çalışır

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66