Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Ömər Faiq Nemanzadənin 150 illik yubileyi qeyd ediləcək

03 Oktyabr 2022, 14:30 (GMT +4)

Bakı, 3 oktyabr, SalamNews. Ömər Faiq Nemanzadənin 150 illik yubileyi qeyd ediləcək.

SalamNews xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, Mədəniyyət Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Ömər Faiq Nemanzadənin 150 illik yubileyinə dair tədbirlər planı hazırlayıb həyata keçirəcək.

Sərəncamda 2022-ci ilin dekabr ayında Azərbaycan milli mətbuatının böyük nümayəndəsi, görkəmli publisist, tanınmış maarifçi və ictimai xadim Ömər Faiq Nemanzadənin anadan olmasının 150 ilinin tamam olduğu qeyd olunub.

Bildirilib ki, Ömər Faiq Nemanzadə XX əsrin əvvəllərində Azərbaycan mətbuatı tarixinə parlaq səhifələr yazmış və son dərəcə mürəkkəb şəraitdə onun inkişafına istiqamət verərək keyfiyyətcə yeni mərhələyə yüksəlməsində müstəsna rol oynamış maarifpərvər ziyalılardandır. Ədəbi-mədəni həyatda mühüm hadisəyə çevrilmiş “Qeyrət” mətbəəsinin və Yaxın Şərq ölkələri ədəbiyyatında demokratik meyillərin güclənməsinə qüvvətli təsir göstərmiş məşhur “Molla Nəsrəddin” jurnalının yaradılması ədibin gərgin və səmərəli fəaliyyətinin ayrılmaz tərkib hissələridir.

Vurğulanıb ki, ana dilinə sevgini vətənə məhəbbətin ən vacib şərti sayan geniş erudisiyalı, fədakar qələm sahibi doğma xalqının mədəni dirçəlişi, istiqlalı və xoşbəxt gələcəyi naminə bilik və bacarığını əsirgəmədən əzmlə mübarizə aparıb. Ümumxalq əhəmiyyəti daşıyan bütün taleyüklü məsələlərin zamanın qabaqcıl ideyaları fonunda daim azərbaycançılıq məfkurəsi cəbhəsindən işıqlandırılması Ömər Faiq Nemanzadənin milli ideyalarla zəngin və dərin siyasi-ictimai məzmuna malik publisistik irsinin başlıca leytmotivini təşkil edib.

Dövrün vətənpərvər ruhlu bir çox şəxsiyyətləri kimi Ömər Faiq Nemanzadə də totalitar sovet rejiminin 1930-cu illər repressiyasının qurbanlarından olub.



Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

29 Noyabr 2022, 11:42 (GMT +4)
İranda ərəb dövlətinin cəsusu və böyük silah yükü ələ keçirilib

29 Noyabr 2022, 11:40 (GMT +4)
Rəşad Nəbiyev Şirvanda vətəndaşları qəbul edəcək

29 Noyabr 2022, 11:30 (GMT +4)
Prezident İlham Əliyev Türkmənistan Baş nazirinin müavinini qəbul edib

29 Noyabr 2022, 11:24 (GMT +4)
Azərbaycanın bank sektorunun xalis mənfəəti 35 % artıb

29 Noyabr 2022, 11:14 (GMT +4)
Pentaqon: Azərbaycan regionda ABŞ-ın mühüm tərəfdaşıdır

29 Noyabr 2022, 11:08 (GMT +4)
FHN: Şirvanda avtomobil təmiri sexi yanıb

29 Noyabr 2022, 10:56 (GMT +4)
Azərbaycan Prezidenti Tatarıstan Prezidentini qəbul edib

29 Noyabr 2022, 10:55 (GMT +4)
MN: Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

29 Noyabr 2022, 10:52 (GMT +4)
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Kabinet işləri nazirini qəbul edib

29 Noyabr 2022, 10:49 (GMT +4)
Rişi Sunak: Çinlə münasibətlərin “qızıl dövrü” başa çatıb

29 Noyabr 2022, 10:48 (GMT +4)
İsrail qüvvələrinin əl-Xəlilə hücumunda üç fələstinli həlak olub, yaralananlar var

29 Noyabr 2022, 10:38 (GMT +4)
Azərbaycan neftinin qiyməti 84 dollara düşüb

29 Noyabr 2022, 10:27 (GMT +4)
Vuçiç: Rusiya hərbçilərinin Ukraynadakı addımları daha uğurlu olub

29 Noyabr 2022, 10:20 (GMT +4)
İmişli rayon sakinindən silah və narkotik aşkarlanıb

29 Noyabr 2022, 10:16 (GMT +4)
Pentaqonda Azərbaycan və ABŞ arasında hərbi əməkdaşlığın perspektivləri müzakirə olunub

29 Noyabr 2022, 10:10 (GMT +4)
Pentaqon Rusiya ilə təhlükəsizlik üzrə dialoqun davam etdirilməsini son dərəcə vacib adlandırıb

29 Noyabr 2022, 10:06 (GMT +4)
İran millisinin qələbəsinə görə yüzlərlə məhbus sərbəst buraxılıb

29 Noyabr 2022, 10:06 (GMT +4)
AMB bu günə olan rəsmi valyuta məzənnələrini açıqlayıb

29 Noyabr 2022, 09:54 (GMT +4)
Masallıda zəlzələ olub

29 Noyabr 2022, 09:44 (GMT +4)
ABŞ və İsrail “İranın nüvə obyektlərinə mümkün hücum”la bağlı hərbi təlimlər keçirir

29 Noyabr 2022, 09:28 (GMT +4)
BNA: 124 avtobusun hərəkət intervalında gecikmələr var

29 Noyabr 2022, 09:18 (GMT +4)
DÇ-2022: Portuqaliya millisi 1/8 finala vəsiqəni təmin edib

29 Noyabr 2022, 09:08 (GMT +4)
Separatçı kürd birləşmələri Rusiya və Suriya hökumətindən yardım istəyiblər

29 Noyabr 2022, 09:00 (GMT +4)
Baş Qərargah rəisi Azərbaycanın ABŞ-dakı səfirliyində olub

28 Noyabr 2022, 18:00 (GMT +4)
Anar Kərimov Mingəçevirə gedib, mədəniyyət müəssisələri ilə bağlı tapşırıq verib

28 Noyabr 2022, 17:50 (GMT +4)
AQTA 18 ticarət və ictimai iaşə müəssisəsində nöqsanlar aşkarlayıb

28 Noyabr 2022, 17:44 (GMT +4)
Borrell: NATO-nun Çindən başqa da “kifayət qədər təhdidləri” var

28 Noyabr 2022, 17:38 (GMT +4)
Dövlət Komissiyası: 13 erməni hərbçinin meyiti qarşı tərəfə təhvil verilİb

28 Noyabr 2022, 17:30 (GMT +4)
Bakıda daha 5 müntəzəm marşrut xətti müsabiqəyə çıxarılıb

28 Noyabr 2022, 17:29 (GMT +4)
İsfahanda silahlıların hücumunda təhlükəsizlik işçisi həlak olub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66