Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Əlaqələndirmə Qərargahının ekoloji məsələlər üzrə İşçi Qrupunun iclası keçirilib

01 Oktyabr 2022, 14:50 (GMT +4)

Bakı, 1 oktyabr, SalamNews. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi Qrupunun növbəti iclası keçirilib.

İşçi qrupdan SalamNews-a verilən məlumata görə, iclasda İşçi Qrupda təmsil olunan müvafiq dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

İşçi qrup üzvlərinə ekoloji vəziyyətin qiymətləndirilməsi məqsədilə işğaldan azad edilmiş rayonlarda həyata keçirilən monitorinqlər, o cümlədən Laçın şəhəri, Zabux və Sus kəndləri ərazisində meşə və yaşıllıq sahəsinə vurulmuş ziyanın hesablanması, radioekoloji vəziyyətin öyrənilməsi, çaylarda su və dib çöküntüləri nümunələrinin götürülməsi daxil olmaqla sentyabr ayında aparılmış kompleks monitorinqlər, Laçın və Kəlbəcər rayonları ərazisindəki filiz və qeyri-filiz mineral xammal yataqlarında aparılan təftiş və qiymətləndirmə işləri, işğaldan azad edilmiş ərazilərdə su ehtiyatlarının qiymətləndirilməsi məqsədilə quraşdırılmış avtomat hidroloji stansiyalar, məsafədən zondlama üsulundan istifadə edilməklə meşə sahələrinin qiymətləndirilməsi işləri haqqında məlumat verilib.

Qarabağ və Şərqi Zəngəzurda nadir və nəsli kəsilməkdə olan bitkilərin öyrənilməsi məqsədilə keçirilmiş ekspedisiyalar, nadir fauna növlərinin populyasiyalarının qiymətləndirilməsi məqsədilə aparılmış monitorinqlər, eləcə də Oxçuçayın transsərhəd çirklənməsinin qarşısının alınması, ekosistemin bərpası, suyun keyfiyyətinin yaxşılaşdırılması üçün elmi cəhətdən əsaslandırılmış tədbirlərin müəyyənləşdirilməsi və müvafiq təkliflərin hazırlanması üçün aparılmış biomonitorinqlər haqqında qrup üzvlərinə məlumat verilib.

Kənd təsərrüfatı sahəsində görülən işlər, o cümlədən əkinçilik sahəsində məhsuldarlığın artırılması, heyvandarlıq, arıçılıq təsərrüfatlarının köçürülməsi, kənd təsərrüfatı bitkilərinin ziyanverici və zərərvericilərinə qarşı aparılan mübarizə tədbirləri, eləcə də Zəngilan rayonunun Ağalı kəndində əhalinin məşğulluğunun təmin olunması üçün aparılan işlər haqqında müzakirələr aparılıb.

Həmçinin işğaldan azad edilmiş ərazilərdə tullantıların yığılması, daşınması, yerləşdirilməsi və zərərsizləşdirilməsi sisteminin müasir standartlara uyğun qurulması və idarə edilməsi istiqamətində görülən işlər, eləcə də “Təmiz Şəhər” ASC tərəfindən Şuşa şəhərində bərk məişət tullantılarının idarə edilməsi üzrə müvafiq infrastrukturun yaradılması, Zəngilan və Ağdam poliqonlarında müvəqqəti tullantı hücrələrinin hazırlanması barədə qrup üzvlərinə məlumat verilib.

Qrup fəaliyyətini İdarələrarası Mərkəzin digər işçi qrupları ilə sıx əlaqə və məlumat mübadiləsi formatında həyata keçirməkdədir.



Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

29 Noyabr 2022, 12:34 (GMT +4)
İraqın baş naziri Tehranda İran prezidenti ilə görüşüb

29 Noyabr 2022, 12:30 (GMT +4)
"Azərsu" ASC-yə məxsus avtomobil piyadanı vuraraq öldürüb

29 Noyabr 2022, 12:20 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

29 Noyabr 2022, 12:10 (GMT +4)
Azərbaycan Türkmənistanla iqtisadi əməkdaşlıq imkanlarını müzakirə edib

29 Noyabr 2022, 12:00 (GMT +4)
Azərbaycanda akademik vəfat edib

29 Noyabr 2022, 11:50 (GMT +4)
Zelenski: Ukrayna xarabalıq məskəni olmayacaq

29 Noyabr 2022, 11:42 (GMT +4)
İranda bir ərəb dövlətinin cəsusu və böyük silah yükü ələ keçirilib

29 Noyabr 2022, 11:40 (GMT +4)
Rəşad Nəbiyev Şirvanda vətəndaşları qəbul edəcək

29 Noyabr 2022, 11:30 (GMT +4)
Prezident İlham Əliyev Türkmənistan Baş nazirinin müavinini qəbul edib

29 Noyabr 2022, 11:24 (GMT +4)
Azərbaycanın bank sektorunun xalis mənfəəti 35 % artıb

29 Noyabr 2022, 11:14 (GMT +4)
Pentaqon: Azərbaycan regionda ABŞ-ın mühüm tərəfdaşıdır

29 Noyabr 2022, 11:08 (GMT +4)
FHN: Şirvanda avtomobil təmiri sexi yanıb

29 Noyabr 2022, 10:56 (GMT +4)
Azərbaycan Prezidenti Tatarıstan Prezidentini qəbul edib

29 Noyabr 2022, 10:55 (GMT +4)
MN: Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

29 Noyabr 2022, 10:52 (GMT +4)
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Kabinet işləri nazirini qəbul edib

29 Noyabr 2022, 10:49 (GMT +4)
Rişi Sunak: Çinlə münasibətlərin “qızıl dövrü” başa çatıb

29 Noyabr 2022, 10:48 (GMT +4)
İsrail qüvvələrinin əl-Xəlilə hücumunda üç fələstinli həlak olub, yaralananlar var

29 Noyabr 2022, 10:38 (GMT +4)
Azərbaycan neftinin qiyməti 84 dollara düşüb

29 Noyabr 2022, 10:27 (GMT +4)
Vuçiç: Rusiya hərbçilərinin Ukraynadakı addımları daha uğurlu olub

29 Noyabr 2022, 10:20 (GMT +4)
İmişli rayon sakinindən silah və narkotik aşkarlanıb

29 Noyabr 2022, 10:16 (GMT +4)
Pentaqonda Azərbaycan və ABŞ arasında hərbi əməkdaşlığın perspektivləri müzakirə olunub

29 Noyabr 2022, 10:10 (GMT +4)
Pentaqon Rusiya ilə təhlükəsizlik üzrə dialoqun davam etdirilməsini son dərəcə vacib adlandırıb

29 Noyabr 2022, 10:06 (GMT +4)
İran millisinin qələbəsinə görə yüzlərlə məhbus sərbəst buraxılıb

29 Noyabr 2022, 10:06 (GMT +4)
AMB bu günə olan rəsmi valyuta məzənnələrini açıqlayıb

29 Noyabr 2022, 09:54 (GMT +4)
Masallıda zəlzələ olub

29 Noyabr 2022, 09:44 (GMT +4)
ABŞ və İsrail “İranın nüvə obyektlərinə mümkün hücum”la bağlı hərbi təlimlər keçirir

29 Noyabr 2022, 09:28 (GMT +4)
BNA: 124 avtobusun hərəkət intervalında gecikmələr var

29 Noyabr 2022, 09:18 (GMT +4)
DÇ-2022: Portuqaliya millisi 1/8 finala vəsiqəni təmin edib

29 Noyabr 2022, 09:08 (GMT +4)
Separatçı kürd birləşmələri Rusiya və Suriya hökumətindən yardım istəyiblər

29 Noyabr 2022, 09:00 (GMT +4)
Baş Qərargah rəisi Azərbaycanın ABŞ-dakı səfirliyində olub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66