Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Binəqədi rayonunda şəhidlərin əziz xatirəsinə Memorial Kompleksin açılışı olub (FOTO)

28 Sentyabr 2022, 17:20 (GMT +4)

Bakı, 28 sentyabr, SalamNews. 28 sentyabr 2022-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Birinci Qarabağ, Aprel döyüşləri və Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsinə həsr olunmuş Memorial Kompleksin açılış mərasimi və “ŞƏHİDLİK - ƏBƏDİYYƏTDİR” adlı ümumrayon tədbiri həyata keçirilmişdir.

SalamNews xəbər verir ki, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, millət vəkili Kəmaləddin Qafarov, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri,  Aparatının şöbə müdirləri, hüquq mühafizə orqanlarının rəhbərləri, sahə və qəsəbə nümayəndəliklərinin, bələdiyyələrin. Binəqədi Rayon Gənclər və İdman İdarəsinin, Binəqədi Gənclər Evi sosial xidmət müəssisəsinin kollektivləri, Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın, rayon Ağsaqqallar Şurasının, ictimai birliklərin üzvləri, ziyalılar  və rayon ictimaiyyəti iştirak edirdilər.

Şəhidlərin əziz xatirəsinə ehtiram əlaməti olaraq Memorial Kompleksin qarşısına əklil və gül dəstələri  qoyuldu və  tədbir  topaqlarımızın ərazi bütövlüyünün bərpası uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra açıq elan edildi.

Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev şəhid ailələrinə böyük ehtiramını bildirərək, Birinci Qarabağ və 44 günlük  Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyü uğrunda şücaət göstərmiş Binəqədi rayonundan olan şəhidlərimizin əziz xatirəsinə ucaldılmış Memorial Kompleksin mənəvi əhəmiyyətini vurğulayaraq qeyd etmişdir ki, Binəqədi rayonunda şəhidlərimizin xatirəsinə Binəqədi, Biləcəri, Xocəsən qəsəbələrində Xatirə Kompleksləri, elə bu ərazinin yaxınlığında - Dərnəgül park ərazisində Vətən müharibəsində şəhadətə qovuşmuş  üç min şəhidimizin əziz xatirəsinə yaşıllıq ərazisi salınmışdır. Bu gün Birinci Qarabağ, Aprel döyüşləri və Vətən müharibəsində  canlarını fəda edən Binəqədi rayon  şəhidlərinin əziz xatirəsinə həsr olunmuş Memorial Kompleksə 301(üç yüz bir)  şəhidlərimizin adı və soyadı həkk olunmuşdur və elektron tabloda bu şəhidlərimizin həyat tarixçəsi və keçdiyi döyüş yolu haqqında məlumatlar toplanmışdır. “Uzun illər ermənilər tərəfindən dinc əhalimiz terrora məruz qalmış, xalqımıza qarşı etnik təmizləmə siyasəti həyata keçirilmişdir. BMT-nin Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinə baxmayaraq, 30 ilə yaxın torpaqlarımız işğal altında qalmışdı. Ölkə rəhbəri, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin apardığı həssas diplomatik mübarizə, xalq, rəşadətli Milli Ordu və dövlət birliyi  Azərbaycanı öz tarixi torpaqlarına qovuşdurmağı bacardı” - deyə Rayon İcra Hakimiyyətinin başçısı söyləmişdir.

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov öz çıxışında qeyd edib ki, iki il bundan əvvəl sentyabr ayının 27-si Şanlı qələbəmizin təməlinin qoyulduğu gündür. Xalqımız 44 gün ərzində möhtəşəm Zəfərə imza atmaqla dünya hərb tarixinin yeni qızıl səhifəsini yazdı. Bu Qələbə xalqımızın və Ordumuzun gücünü, milli birliyini, vəhdətini, mübarizliyini bütün dünyaya sübut etdi. Azərbaycan xalqı hər zaman qəhrəman övladlarının xidmətlərini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna hörmət və ehtiram göstərir, əziz xatirəsini uca tutur. Zəfərlə nəticələnən 44 günlük Vətən müharibəsindən az sonra respublikamızda Anım Gününün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı tarixi bir sənəd olmaqla yanaşı, həm də şəhidlərimizin əziz xatirəsinə sonsuz ehtiramın bariz nümunəsidir.

Daha sonra çıxış edən  şəhid anaları övladları ilə bağlı xatirələrini bölüşərək  şəhidlərimizin əziz xatirəsinə ucaldılmış Memorial Kompleksin onları duyğulandırdığından bəhs etdilər. Həmçinin şəhidlərə verilən yüksək qiymətə, şəhid ailələrinə və qazilərə  göstərilən diqqət və qayğıya görə, Azərbaycan Respublikasının Prezidenti, Qalib Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürünü və minnətdarlığını ifadə etdilər.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamları ilə “Suqovuşanın azadlığı uğrunda”, “Cəsur döyüşçü” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunan qazi Ruslan Şıxıyev isə öz çıxışında bildirdi ki, “Biz birlikdə güclüyük!” şüarı ilə hər günü gərgin keçən 44 günün içərisində biz Azərbaycanın növbəti uğur tarixini yazdıq. Bu tarixin isə bir qəhrəmanı var : Azərbaycan xalqı, Azərbayca Ordusu və onun yenilməz Lideri cənab İlham Əliyev!

Sonda Rüstəm Əliyev adına 3 nömrəli tam orta məktəbin şagirdlərinin ifasında “Şəhidlərimizə” həsr olunmuş bədii kompozisiya təqdim olundu. 

Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda canını fəda etmiş Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Allah rəhmət etsin söyləyirik!



Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

01 Dekabr 2022, 14:59 (GMT +4)
Lavrov: Ermənistanın Alma-Ata Bəyannaməsini təsdiqləməsi Qarabağın statusu məsələsini həll edir

01 Dekabr 2022, 14:56 (GMT +4)
DMX: Azərbaycanın 23 vətəndaşı Almaniyadan ölkəyə geri qəbul edilib

01 Dekabr 2022, 14:44 (GMT +4)
Ceyhun Bayramov polşalı həmkarı ilə görüşüb

01 Dekabr 2022, 14:34 (GMT +4)
Livan parlamenti səkkizinci cəhddə də ölkə prezidentini seçə bilməyib

01 Dekabr 2022, 14:30 (GMT +4)
Azərbaycanda yağışlı hava şəraiti dekabrın 7-dək davam edəcək (XƏBƏRDARLIQ)

01 Dekabr 2022, 14:20 (GMT +4)
Azərbaycan və Çexiya XİN başçılarının görüşü olub

01 Dekabr 2022, 14:13 (GMT +4)
Lukaşenko: Ukrayna hər vəchlə NATO qoşunlarını münaqişəyə cəlb etməyə çalışır

01 Dekabr 2022, 14:11 (GMT +4)
DGK: İrandan Azərbaycana üzərində erməni dilində yazıları olan mallar göndərilib

01 Dekabr 2022, 14:07 (GMT +4)
Prezident Azərbaycanla Qırğızıstan arasında imzalanmış iki sazişi təsdiqləyib

01 Dekabr 2022, 13:57 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

01 Dekabr 2022, 13:47 (GMT +4)
Politico: Qərbin Ukrayna ilə bağlı yeni “Marşal planı” işləməyəcək

01 Dekabr 2022, 13:36 (GMT +4)
Bu il qanunsuz ağac kəsmə faktı üzrə 173 cinayət işi başlanılıb

01 Dekabr 2022, 13:24 (GMT +4)
Rusiya XİN “Bundestaqın Qolodomoru”soyqırımı kimi tanımasına münasibət bildirib

01 Dekabr 2022, 13:14 (GMT +4)
Bundestaq «Qolodomor»u ukraynalıların soyqırımı kimi tanıyıb

01 Dekabr 2022, 13:14 (GMT +4)
İraqda İŞİD-ə bağlı olan 16 terrorçu ələ keçirilib

01 Dekabr 2022, 13:02 (GMT +4)
Azərbaycan biznes sahəsində əməkdaşlığa dair yeni sənədlər imzalayıb

01 Dekabr 2022, 12:56 (GMT +4)
Makron: Fransa ABŞ-la strateji dialoqun bərpasında maraqlıdır

01 Dekabr 2022, 12:45 (GMT +4)
Rusiya Baş Prokurorluğunun nümayəndələri Azərbaycana səfərə gəlib

01 Dekabr 2022, 12:35 (GMT +4)
Rusiya və Suriya Türkiyənin mümkün əməliyyatı fonunda Hələbə əlavə hərbi qüvvə ezam ediblər

01 Dekabr 2022, 12:26 (GMT +4)
DSX-nin hərbçisi odlu silahdan atəş açaraq özünə xəsarət yetirib

01 Dekabr 2022, 12:16 (GMT +4)
Şirvanda təqaüdçülərin kartlarında olan pulları ələ keçirən şəxs tutulub

01 Dekabr 2022, 12:04 (GMT +4)
Axtarışda olan 3 nəfər Rusiyada tutularaq Azərbaycana ekstradisiya edilib

01 Dekabr 2022, 11:52 (GMT +4)
AMB bu günə olan rəsmi valyuta məzənnələrini açıqlayıb

01 Dekabr 2022, 11:44 (GMT +4)
Netanyahu: İranla böyük güclərin nüvə sazişi ölüb

01 Dekabr 2022, 11:39 (GMT +4)
Si Tsinpin: Ukrayna böhranının siyasi yolla həlli Avropanın maraqlarına uyğundur

01 Dekabr 2022, 11:28 (GMT +4)
FHN-in Şimal Regional Mərkəzində Türkiyədən dəvət olunmuş psixoloqlarla görüş keçirilib

01 Dekabr 2022, 11:17 (GMT +4)
Altıağaca qar yağıb (FAKTİKİ HAVA)

01 Dekabr 2022, 11:07 (GMT +4)
Azərbaycan XİN Laçının işğaldan azad olunması ilə bağlı paylaşım edib

01 Dekabr 2022, 10:57 (GMT +4)
İsrail qüvvələrinin Cenin şəhərinə hücumunda iki fələstinli həlak olub, yaralananlar var

01 Dekabr 2022, 10:55 (GMT +4)
Pentaqon Ukraynaya "NASAMS" sistemlərinin tədarükü üçün 1,2 milyard dollarlıq müqavilə imzaladığını açıqlayıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66