Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Prezident Şuşada yeni yaşayış kompleksində tikinti işlərinin gedişi ilə tanış olub

28 Sentyabr 2022, 16:25 (GMT +4)

Bakı, 28 sentyabr, SalamNews. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa şəhərində inşa edilən yeni yaşayış kompleksində tikinti işlərinin gedişi ilə tanış olublar.

SalamNews xəbər verir ki, Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov dövlətimizin başçısına və birinci xanıma görülən işlər barədə məlumat verib.

Bildirildi ki, tikintinin ümumi sahəsi 8 hektara yaxındır. Yaşayış kompleksi 23 binadan ibarət olacaq. Səkkiz binanın tikintisinə bu il iyulun 1-də, digər 15 binanın inşasına isə sentyabrın 1-də başlanılıb.

Məlumat verildi ki, yaşayış kompleksində ümumilikdə 450 mənzil olacaq. Burada birotaqlı mənzillərin sayı 28, ikiotaqlı mənzillərin sayı 195, üçotaqlı mənzillərin sayı 190, dördotaqlı mənzillərin sayı 30, beşotaqlı mənzillərin sayı isə 7-dir. Binalar 3 və 5 mərtəbəli olacaq. Kompleksdə sakinlərin rahat yaşayışı üçün hər cür şərait yaradılacaq. Ərazidə geniş abadlıq və yaşıllaşdırma işləri görüləcək.

Qeyd edək ki, Vətən müharibəsində şanlı Qələbə müjdəsini Azərbaycan xalqına çatdırmaq üçün tarixi müraciətində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ifadə etdiyi “Məcburi köçkünlər yaxşı bilirlər ki, onların öz dədə-baba torpaqlarına qayıtması üçün biz əlimizdən gələni edəcəyik, işğaldan azad edilmiş bu torpaqları yenidən quracağıq” sözləri Şuşa şəhərində yeni yaşayış kompleksinin inşası ilə bir daha təsdiqini tapır. Qədim mədəniyyət paytaxtımızda yaşayış kompleksinin yaradılması otuz ilə yaxın müddətdə doğma yurd-yuvalarına qovuşmaq həsrəti ilə yaşayan şuşalıların bu arzularına çatacağı günün lap yaxında olduğunu göstərir.



Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

01 Dekabr 2022, 14:13 (GMT +4)
Lukaşenko: Ukrayna hər vəchlə NATO qoşunlarını münaqişəyə cəlb etməyə çalışır

01 Dekabr 2022, 14:11 (GMT +4)
DGK: İrandan Azərbaycana üzərində erməni dilində yazıları olan mallar göndərilib

01 Dekabr 2022, 14:07 (GMT +4)
Prezident Azərbaycanla Qırğızıstan arasında imzalanmış iki sazişi təsdiqləyib

01 Dekabr 2022, 13:57 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

01 Dekabr 2022, 13:47 (GMT +4)
Politico: Qərbin Ukrayna ilə bağlı yeni “Marşal planı” işləməyəcək

01 Dekabr 2022, 13:36 (GMT +4)
Bu il qanunsuz ağac kəsmə faktı üzrə 173 cinayət işi başlanılıb

01 Dekabr 2022, 13:24 (GMT +4)
Rusiya XİN “Bundestaqın Qolodomoru”soyqırımı kimi tanımasına münasibət bildirib

01 Dekabr 2022, 13:14 (GMT +4)
Bundestaq «Qolodomor»u ukraynalıların soyqırımı kimi tanıyıb

01 Dekabr 2022, 13:14 (GMT +4)
İraqda İŞİD-ə bağlı olan 16 terrorçu ələ keçirilib

01 Dekabr 2022, 13:02 (GMT +4)
Azərbaycan biznes sahəsində əməkdaşlığa dair yeni sənədlər imzalayıb

01 Dekabr 2022, 12:56 (GMT +4)
Makron: Fransa ABŞ-la strateji dialoqun bərpasında maraqlıdır

01 Dekabr 2022, 12:45 (GMT +4)
Rusiya Baş Prokurorluğunun nümayəndələri Azərbaycana səfərə gəlib

01 Dekabr 2022, 12:35 (GMT +4)
Rusiya və Suriya Türkiyənin mümkün əməliyyatı fonunda Hələbə əlavə hərbi qüvvə ezam ediblər

01 Dekabr 2022, 12:26 (GMT +4)
DSX-nin hərbçisi odlu silahdan atəş açaraq özünə xəsarət yetirib

01 Dekabr 2022, 12:16 (GMT +4)
Şirvanda təqaüdçülərin kartlarında olan pulları ələ keçirən şəxs tutulub

01 Dekabr 2022, 12:04 (GMT +4)
Axtarışda olan 3 nəfər Rusiyada tutularaq Azərbaycana ekstradisiya edilib

01 Dekabr 2022, 11:52 (GMT +4)
AMB bu günə olan rəsmi valyuta məzənnələrini açıqlayıb

01 Dekabr 2022, 11:44 (GMT +4)
Netanyahu: İranla böyük güclərin nüvə sazişi ölüb

01 Dekabr 2022, 11:39 (GMT +4)
Si Tsinpin: Ukrayna böhranının siyasi yolla həlli Avropanın maraqlarına uyğundur

01 Dekabr 2022, 11:28 (GMT +4)
FHN-in Şimal Regional Mərkəzində Türkiyədən dəvət olunmuş psixoloqlarla görüş keçirilib

01 Dekabr 2022, 11:17 (GMT +4)
Altıağaca qar yağıb (FAKTİKİ HAVA)

01 Dekabr 2022, 11:07 (GMT +4)
Azərbaycan XİN Laçının işğaldan azad olunması ilə bağlı paylaşım edib

01 Dekabr 2022, 10:57 (GMT +4)
İsrail qüvvələrinin Cenin şəhərinə hücumunda iki fələstinli həlak olub, yaralananlar var

01 Dekabr 2022, 10:55 (GMT +4)
Pentaqon Ukraynaya "NASAMS" sistemlərinin tədarükü üçün 1,2 milyard dollarlıq müqavilə imzaladığını açıqlayıb

01 Dekabr 2022, 10:48 (GMT +4)
Daha 30 Vətən müharibəsi iştirakçısı və 1 şəhid ailəsinin üzvü polis orqanlarında xidmətə qəbul olunub

01 Dekabr 2022, 10:36 (GMT +4)
Sallivan: ABŞ Şimali Koreyaya qarşı yeni sanksiyalar hazırlayır

01 Dekabr 2022, 10:34 (GMT +4)
Azərbaycan neftinin qiyməti 88 dollara yaxınlaşıb

01 Dekabr 2022, 10:22 (GMT +4)
Fransa XİN: Parlament palatalarının qətnamələri Parisin rəsmi mövqeyini əks etdirmir

01 Dekabr 2022, 10:20 (GMT +4)
Azərbaycanda dekabr ayına olan hava proqnozu açıqlanıb

01 Dekabr 2022, 10:09 (GMT +4)
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Oklahoma ştatında bir sıra görüşlər keçirib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66