Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Azərbaycanın Baş Qərargah rəisi Tbilisidə Heydər Əliyevin abidəsini ziyarət edib

28 Sentyabr 2022, 14:44 (GMT +4)

Bakı, 28 sentyabr, SalamNews. Gürcüstanda rəsmi səfərdə olan müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev sentyabrın 28-də Tbilisi şəhərinin mərkəzindəki Heydər Əliyev Parkında ulu öndərin abidəsini ziyarət edib.

Bu barədə SalamNews-a Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan nümayəndə heyəti abidə önünə əklil qoyub və ümummilli liderin xatirəsini dərin ehtiramla yad edib.

Azərbaycan Ordusunun Baş Qərargah rəisini Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, hərbi attaşe aparatının rəhbəri polkovnik-leytenant Fuad İbrahimov, səfirliyin əməkdaşları müşayiət ediblər.



Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66