Sentyabrın 21-dən Qazaxıstana daxil olan rusiyalıların sayı açıqlanıb27 Sentyabr 2022, 15:12 (GMT +4) Bakı, 27 sentyabr, SalamNews. Qazaxıstan Daxili İşlər Nazirliyinin Miqrasiya Xidməti Komitəsinin sədri vəzifəsini icra edən Aslan Atalıkov bildirib ki, sentyabrın 21-dən Qazaxıstan ərazisinə 98 minə yaxın Rusiya vətəndaşı daxil olub, eyni müddət ərzində isə 64 mindən çox rusiyalı respublikanı tərk edib.
SalamNews-un "RİA Novosti"yə istinadla verdiyi xəbərə görə, Atalıkov bu barədə mətbuat konfransında məlumat verib.
"Bu günə aldığımız və sərhəd xidməti ilə dəqiqləşdirdiyimiz məlumata görə, sentyabrın 21-dən Qazaxıstana 98 minə yaxın rusiyalı daxil olub, 64 234 rusiyalı ölkədən çıxıb", deyə Atalıkov əlavə edib.
|