Peyğəmbərin (s) vəfatı günündə 4.2 milyon zəvvar Məşhədə İmam Rzanın (ə) ziyarətinə gedib26 Sentyabr 2022, 13:07 (GMT +4) Bakı, 26 sentyabr, SalamNews, B.Samid. Səfər ayının son günlərdində 4.2 milyon zəvvar Məşhədə gedib.
SalamNews Tasnim-ə istinadən xəbər verir ki, bu barədə Məşhəddə İmam Rzanın (ə) Ziyarətgahı İdarəsindən məlumat verilib.
Bildirilib ki, Peyğəmbərin (s) vəfatının ildönümündə Məşhəd şəhərinə 4.2 milyon zəvvar daxil olub.
Məşhəd şəhərinin rəsmi mənbələrinin məlumatına görə şəhər və əyalətin, zəvvarları qəbul etmək üçün otel və digər obyektləri təqribən yetmiş faiz dolub.
Qeyd edək ki, səfər ayının 28-i Peyğəmbərin (s) vəfatı, İmam Həsənin (ə) şəhadəti, həmçinin ayın sonu da İmam Rzanın (ə) şəhadəti gününə təsadüf edir. Adətən Ərbəin səfərindən qayıdan xarici zəvvarlar Məşhədi də ziyarət edirlər.
|