Mobil versiya RU AZ
_




DÜNYA » DİN

Bu gün Məhəmməd peyğəmbərin (s) vəfatı, İmam Həsənin (ə) şəhid edildiyi gündür

25 Sentyabr 2022, 01:01 (GMT +4)

Bakı, 24 sentyabr, SalamNews. Hicri-qəməri təqvimi ilə bu gün səfər ayının 28-i Həzrət Məhəmməd peyğəmbərin (s) vəfatı və ikinci İmam Həzrət Həsən ibni Əlinin (ə) şəhid edilən günüdür.

SalamNews xəbər verir ki, Həzrət Peyğəmbər (s) hicrətin 11-ci ilində 2 həftə davam edən xəstəlikdən sonra səfər ayının 28-də Mədinə şəhərindəki evində dünyasını dəyişib.

Allahın sonuncu rəsulu ilahi peyğəmbərlik vəzifəsini 23 il daşıyıb və bu müddətdə Allahın ona vəhy etdiyi Qurani-kərimi, İslam dinini insanlara çatdırıb. O, ilahi dini kamil şəkildə insanlara çatdıraraq, Allah qarşısında bəhanə gətirilməsinə son qoyub. Bundan sonra heç kəs və heç bir zümrə "bizə deyilməyib, biz eşitməmişik" kimi bəhanələri gətirərək, Allahın təyin etdiyi məsuliyyətlərdən qaça biləcəyini iddia edə bilməz. Xüsusilə Həzrət Məhəmmədin (s) həyatının son günlərində iki mühüm əmanət - Qurani-kərim və Əhli-beyt barədə bildirdiyi tövsiyələr, etdiyi sifarişlər bütün müsəlmanlar tərəfindən eşidilib və qəbul edilib. Bu tövsiyələrdən boyun qaçıranlar isə yalnız inadkarlardır.

İmam Həsən də (ə) Həzrət Peyğəmbərdən 39 il sonra eyni gündə - səfər ayının 28-də zəhərlənərək şəhid edilib. Bu hadisə hicrətin 50-ci ilində baş verib. Əslində peyğəmbərin bəşəriyyət üçün əmanət qoyub getdiyi İslam dininin hansı müsibətlərə düçar olmasının ən böyük şahidlərindən biri də İmam Həsən(ə) olub. İmam Həsən (ə) atası İmam Əlidən (ə) sonra İslam dinini təhrifdən qorumaq uğrunda daim mübarizə aparıb və elə bu yolda şəhid olub.



Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Bu gün Həzrət İmam Həsənin (ə) mövlud günüdür

Bu gün İmam Həsən Əskərinin (ə) mövlududur

Bu gün Məhəmməd Peyğəmbər (s) və İmam Sadiqin (ə) mövlududur

Kərbəla Məhəmməd Peyğəmbərin (s) mövludu ərəfəsində (VİDEO)

Tbilisidə Məhəmməd Peyğəmbərin (s) mövlud gününə həsr olunmuş konfrans keçirilib (FOTO)

İmamların müqəddəs hərəmlərində Məhəmməd Peyğəmbərin (s) mövluduna hazırlıq görülür (FOTO)

Bir sıra müsəlman ölkələrində Məhəmməd Peyğəmbərin (s) izdihamlı mövlud mərasimləri keçirilib (VİDEO)

İslam dünyası Məhəmməd Peyğəmbərin (s) mövluduna hazırlaşır

Bu gün İmam Həsən Əskərinin (ə) şəhadət günüdür

Məhəmməd Peyğəmbərin (s) vəfatı günündə İranın bütün şəhərlərində iğtişaşları pisləyən etiraz aksiyaları keçirilib (VİDEO)

Hindistan Məhkəməsi Məhəmməd peyğəmbəri (s) təhqir edən hakim partiyanın sabiq mətbuat katibini üzr istəməyə çağırıb

Hindistanda Məhəmməd peyğəmbərə (s) qarşı təhqirlərə görə iğtişaşlar səngimir

HƏMAS və İƏT Hindistan televiziyasında  Məhəmməd Peyğəmbərin (s) təhqir edilməsini pisləyib

Müsəlmanların ikinci imamı Həzrət İmam Həsənin (ə) mövlud günüdür

Məhəmməd Peyğəmbəri təhqir etmək söz azadlığı deyil - Putin

Bu gün on birinci imam Həsən Əskərinin (ə) mövlududur

Bu gün Məhəmməd Peyğəmbərin (s) və İmam Sadiqin (ə) mövlududur

Qardabani şəhərində Məhəmməd Peyğəmbərin mövludu münasibətilə bayram tədbiri keçirilib (FOTO)

İslam dünyası Məhəmməd peyğəmbərin (s) mövludu və Vəhdət həftəsini qeyd edir

Yəmən paytaxtında Məhəmməd peyğəmbərin mövludu münasibətilə izdihamlı bayram tədbiri keçirilir (VİDEO)


Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66