Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Prezident "Hüseyn Cavidin 140 illiyinin qeyd edilməsi haqqında" sərəncam imzalayıb

24 Sentyabr 2022, 16:50 (GMT +4)

Bakı, 24 sentyabr, SalamNewsPrezident İlham Əliyev Hüseyn Cavidin 140 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.

SalamNews xəbər verir ki, Sərəncamda bildirilib ki, 2022-ci ildə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, mütəfəkkir şair və dramaturq Hüseyn Cavidin (Hüseyn Abdulla oğlu Rasizadənin) anadan olmasının 140 ili tamam olur.

Hüseyn Cavid fəlsəfi müdrikliyin və bədii kamilliyin ahəngdar vəhdətini dolğun təcəssüm etdirən yaradıcılığı ilə Azərbaycan ədəbiyyatı tarixinə işıqlı səhifələr yazmışdır. O, bütün ədəbi fəaliyyəti boyu həqiqəti, insanpərvərliyi və gözəlliyi tərənnüm etmişdir. Şərq poetik fikri zəminində yüksələn və dünya romantizm ənənələrindən uğurla bəhrələnən filosof-şair Azərbaycan poeziyasında fəlsəfi lirikanın dəyərli nümunələrini meydana gətirmişdir. Qüdrətli sənətkar humanist ideallar uğrunda mübarizəyə səsləyən mənzum faciələri və tarixi dramları ilə Azərbaycan dramaturgiyasında yeni mərhələnin təməlini qoymuşdur. Parlaq xarakterlərlə zəngin olub, bir neçə nəslin estetik zövqünü formalaşdıran və ölkəmizdə teatr mədəniyyətinə yeni nailiyyətlər qazandıran bu dramaturgiya milli teatr salnaməsində “Cavid teatrı” kimi özünəməxsus layiqli yer tutur. Cavid irsi Azərbaycan ədəbiyyatının qızıl fonduna həmişəlik daxil olub.

Hüseyn Cavid sovet rejiminin ən sərt təzyiqləri şəraitində belə, mənən sarsılmayaraq şəxsiyyətinin bütövlüyünü ləyaqətlə qorumuşdur. Ulu öndər Heydər Əliyevin şəxsi təşəbbüsü ilə Cavidin nəşinin 40 il öncə uzaq Sibirdən vətəninə gətirilməsi və məzarı üzərində məqbərənin ucaldılması adı sovet totalitarizminin günahsız qurbanlarının rəmzinə çevrilmiş sənətkarın və 1930-cu illərdə repressiyalara uğramış Azərbaycan ziyalılarının xatirəsinə ehtiramın ifadəsidir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan ədəbi-bədii fikrinin inkişafında müstəsna rol oynamış böyük söz ustası Hüseyn Cavidin anadan olmasının 140-cı ildönümünün qeyd olunmasını təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə mütəfəkkir şair və dramaturq Hüseyn Cavidin 140 illiyinə dair tədbirlər planını hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.



Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

29 Noyabr 2022, 10:49 (GMT +4)
Rişi Sunak: Çinlə münasibətlərin “qızıl dövrü” başa çatıb

29 Noyabr 2022, 10:48 (GMT +4)
İsrail qüvvələrinin əl-Xəlilə hücumunda üç fələstinli həlak olub, yaralananlar var

29 Noyabr 2022, 10:38 (GMT +4)
Azərbaycan neftinin qiyməti 84 dollara düşüb

29 Noyabr 2022, 10:27 (GMT +4)
Vuçiç: Rusiya hərbçilərinin Ukraynadakı addımları daha uğurlu olub

29 Noyabr 2022, 10:20 (GMT +4)
İmişli rayon sakinindən silah və narkotik aşkarlanıb

29 Noyabr 2022, 10:16 (GMT +4)
Pentaqonda Azərbaycan və ABŞ arasında hərbi əməkdaşlığın perspektivləri müzakirə olunub

29 Noyabr 2022, 10:10 (GMT +4)
Pentaqon Rusiya ilə təhlükəsizlik üzrə dialoqun davam etdirilməsini son dərəcə vacib adlandırıb

29 Noyabr 2022, 10:06 (GMT +4)
İran millisinin qələbəsinə görə yüzlərlə məhbus sərbəst buraxılıb

29 Noyabr 2022, 10:06 (GMT +4)
AMB bu günə olan rəsmi valyuta məzənnələrini açıqlayıb

29 Noyabr 2022, 09:54 (GMT +4)
Masallıda zəlzələ olub

29 Noyabr 2022, 09:44 (GMT +4)
ABŞ və İsrail “İranın nüvə obyektlərinə mümkün hücum”la bağlı hərbi təlimlər keçirir

29 Noyabr 2022, 09:28 (GMT +4)
BNA: 124 avtobusun hərəkət intervalında gecikmələr var

29 Noyabr 2022, 09:18 (GMT +4)
DÇ-2022: Portuqaliya millisi 1/8 finala vəsiqəni təmin edib

29 Noyabr 2022, 09:08 (GMT +4)
Separatçı kürd birləşmələri Rusiya və Suriya hökumətindən yardım istəyiblər

29 Noyabr 2022, 09:00 (GMT +4)
Baş Qərargah rəisi Azərbaycanın ABŞ-dakı səfirliyində olub

28 Noyabr 2022, 18:00 (GMT +4)
Anar Kərimov Mingəçevirə gedib, mədəniyyət müəssisələri ilə bağlı tapşırıq verib

28 Noyabr 2022, 17:50 (GMT +4)
AQTA 18 ticarət və ictimai iaşə müəssisəsində nöqsanlar aşkarlayıb

28 Noyabr 2022, 17:44 (GMT +4)
Borrell: NATO-nun Çindən başqa da “kifayət qədər təhdidləri” var

28 Noyabr 2022, 17:38 (GMT +4)
Dövlət Komissiyası: 13 erməni hərbçinin meyiti qarşı tərəfə təhvil verilİb

28 Noyabr 2022, 17:30 (GMT +4)
Bakıda daha 5 müntəzəm marşrut xətti müsabiqəyə çıxarılıb

28 Noyabr 2022, 17:29 (GMT +4)
İsfahanda silahlıların hücumunda təhlükəsizlik işçisi həlak olub

28 Noyabr 2022, 17:20 (GMT +4)
Ceyhun Bayramov Aİ-ni Ermənistanın Laçın yolundan hərbi məqsədlər üçün sui-istifadə etdiyi barədə məlumatlandırıb

28 Noyabr 2022, 17:10 (GMT +4)
Bakıda yaşayış binasında baş verən yanğın söndürülüb

28 Noyabr 2022, 17:06 (GMT +4)
Baltikyanı və Skandinaviya ölkələrinin XİN başçıları Kiyevə gəliblər

28 Noyabr 2022, 16:58 (GMT +4)
Bədii gimnastlarımız “The Fairy Korea” beynəlxalq turnirində uğurla çıxış ediblər

28 Noyabr 2022, 16:46 (GMT +4)
Ərdoğan: Terrordan ən çox müsəlmanlar əziyyət çəkir

28 Noyabr 2022, 16:45 (GMT +4)
Son sutkada 13 yeni yoluxma faktı qeydə alınıb

28 Noyabr 2022, 16:35 (GMT +4)
İsrail vətəndaşlarını Qətərdə futbol yarışlarına baxmağa getməməyə çağırıb

28 Noyabr 2022, 16:24 (GMT +4)
AMADA 6 rayonda antidopinq və narkotiklə mübarizəyə həsr olunan tədbirlər keçirib

28 Noyabr 2022, 16:12 (GMT +4)
DÇ-2022: Kamerun - Serbiya oyununda 6 qol vurulub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66