Şarl Mişel Rusiyada səfərbərlikdən yayınanlara viza verilməsinin tərəfdarı olduğunu bildirib24 Sentyabr 2022, 16:00 (GMT +4) Bakı, 24 sentyabr, SalamNews. Avropa Şurasının rəhbəri Şarl Mişel qismən səfərbərliyə getmək istəməyən Rusiya vətəndaşlarına humanitar vizaların verilməsi təşəbbüsünü dəstəkləyib.
SalamNews-un xəbərinə görə, bu barədə “Politico” məlumat yayıb.
Onun sözlərinə görə, Rusiyada bu səfərbərlik yeni fakt olduğundan, tez bir zamanda qarşılıqlı əlaqə və koordinasiya zəruridir.
Mişel əlavə edib ki, o, bu təşəbbüsün necə reallığa çevrilə biləcəyi ilə bağlı Avropa İttifaqında olan həmkarları ilə məsləhətləşmələrə açıqdır.
|