"Neftçi" və "Qarabağ"ın keçmiş futbolçusu Rusiya klubuna keçib20 Sentyabr 2022, 19:07 (GMT +4) Bakı, 20 sentyabr, SalamNews, R.Nadirli. "Neftçi" və "Qarabağ"ın sabiq futbolçusu Aylton Silva karyerasını Rusiyada davam etdirəcək.
SalamNews xəbər verir ki, braziliyalı sol cinah müdafiəçisi qonşu ölkənin "Rodina" klubuna keçib. Bu barədə I Divizionda mübarizə aparan Moskava təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
27 yaşlı futbolçu ilə imzalanan müqavilənin müddəti barədə məlumat verilməyib.
Aylton Silva 2015/2016 mövsümündə "Neftçi"də çıxış edib. O, 2019/2020 mövsümünü isə "Qarabağ"da keçirib. Futbolçunun son klubu Kipr "Pafos"u olub.
|