Ərbəin günündə İmam Hüseyn (ə) hərəminin səmadan möhtəşəm görüntüləri (FOTO,VİDEO)
17 Sentyabr 2022, 10:52 (GMT +4)
Bakı, 17 sentyabr, SalamNews, B.Samid. Ərbəin günündə 20 milyon civarında zəvvar Kərbəlaya toplaşıb.
SalamNews xəbər verir ki, hicri-qəməri təqvimi ilə bu gün səfər ayının 20-si Ərbəin günüdür. Günlərdir yollarda olan zəvvarlar uzun məsafələri piyada qət edərək, bu gün özlərini Kərbəlada İmam Hüseynin (ə) hərəminə çatdırıblar.
Ərbəin ziyarətinin təhlükəsizliyini təmin edən İraq Ordusunun mətbuat xidmətinin son məlumatına görə bu ilin Ərbəin ziyarətinə 20 milyon insan qatılıb ki, onların azı beş milyonu xarici zəvvarlardır.
İmam Hüseynin (ə) hərəminin səmadan fərqli görüntülərini təqdim edirik:
Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.