Mobil versiya RU AZ
_




DÜNYA » DİN

Bu gün səfər ayının iyirmisi hüznlü Ərbəin günüdür

17 Sentyabr 2022, 00:01 (GMT +4)

Bakı, 17 sentyabr, SalamNews, B.Samid. Hicri-qəməri təqvimi ilə səfər ayının 20-si üçüncü imam həzrət Hüseyn ibn Əlinin (ə) şəhid edilməsinin 40-cı gününə təsadüf edir. 

SalamNews xəbər verir ki, Əhli-beytsevərlər məhərrəm ayının ilk 10 günü və Ərbəin gününü xüsusi əzadarlıq günləri kimi qeyd edirlər. Kərbəla şəhidlərinin matəmini 40 gün qeyd etmək ənənəsinin yaranma tarixi Aşura hadisəsinin baş verdiyi hicri 61-ci illə bağlıdır. Kərbəlada İmam Hüseyn (ə) və silahdaşları qətlə yetirildikdən sonra onların çadırlardakı bütün əmlakı qarət edildi. Şəhidlərin həyat yoldaşları və uşaqları əsir kimi tutuldular. Əhli-beyt üzvlərinin də daxil olduqları, qadınlardan və uşaqlardan ibarət olan əsirlər karvanı əvvəlcə Kərbəladan Kufəyə – şəhər valisi İbn Ziyadın hüzuruna aparıldı, daha sonra isə paytaxt Şama Yezidin sarayına göndərildi. Əsirlərin arasında Kərbəla qırğınından sağ çıxmış İmam Zeynəlabidin (ə) də var idi. O, Aşura günü ağır xəstə olduğu üçün döyüş meydanına çıxa bilməmişdi. Lakin sonradan Ubeydullah ibni Ziyad onu öldürmək istəsə də xəstə olduğundan qətl fikrindən daşınmışdır.

Tarixdə Kərbəla şəhidlərinin məzarını ziyarət etmiş ilk şəxs Cabir ibn Abdullah sayılır, özü də bu ziyarət faciədən 40 gün sonra – Ərbəin günündə baş vermişdir. Bəzi rəvayətlərə görə, bu ziyarətdə Şamdan Mədinəyə qayıdan əsirlər karvanının üzvləri də iştirak etmişlər. Ümumiyyətlə, Əhli-beyt qadınlarının və İmam Zeynəlabidinin (ə) Ərbəin ərəfəsində Kərbəlanı ziyarət etmələri barədə rəvayətlər vardır. Bu rəvayətləri Seyid ibni Tavus qiymətli Luhuf əsərində qeyd edib.

Buna görədir ki, hər il müsəlmanlar Ərbəin günündə Nəcəfdən Kərbalaya 80 km yolu piyada qət edərək, İmam Hüseynin fədakarlığını, qəhrəmanlğını və onun Əhli-beytinin gördüyü məşəqqətləri anır, özlərini imamın ardıcılı olaraq göstərirlər.

Hər il olduğu kimi bu ildə də minlərlə azərbaycanlı zəvvar Ərbəin ziyarətinə yollanıb. Onlar Nəcəf-Kərbəla yolunda şəhidlər sərvəri İmam Hüseynlə birgə birinci, ikinci vətən müharibəsi və son günlərin qarşıdurmalarında şəhid olan hərbçilərimiz və əsgərlərimizi də anıblar.

Ərbəin ziyarətinin təhlükəsizliyini təmin edən İraq Ordusunun mətbuat xidmətinin son məlumatına görə bu ilin Ərbəin ziyarətinə 20 milyon insan qatılıb ki, onların azı beş milyonu xarici zəvvarlardır.



Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

İmam Hüseynin (ə) Ziyarətgahı İdarəsi Ərbəin ziyarətinin uğurla başa çatdığını bildirib

Azərbaycan məscidlərində Ərbəin mərasimləri keçirilib (FOTO)

Kərbəlada Ərbəin ziyarətində rekord rəqəm qeydə alınıb, zəvvarların sayı 21 milyonu keçib

İraq Ərbəin ziyarətinin təhlükəsizlik şəraitində başa çatmaq üzrə olduğunu bildirib

Ərbəin günündə İmam Hüseyn (ə) hərəminin səmadan möhtəşəm görüntüləri (FOTO,VİDEO)

Kərbəlada Ərbəin mərasimi başlayıb (VİDEO)

Kərbəla şəhəri Ərbəin ərəfəsində (FOTO)

İraqın rəsmi mənbəsi Ərbəin ziyarətinə qatılanların sayını açıqlayıb

Ərbəin ziyarəti azərbaycanlı zəvvarların kameralarında (FOTO)

Azərbaycan şəhidləri Nəcəf-Kərbəla yolunda keçirilən Ərbəin yürüşündə anılıb (VİDEO)

İraqın baş naziri Ərbəin ziyarətinin təşkilinə nəzarət məqsədilə Kərbəlaya gedib

Azərbaycanlı zəvvarların İran-Türkiyə sərhədində Ərbəin əzadarlığı (VİDEO)

İraqda daha iki əyalət Ərbəin ziyarətinə görə tətil elan edib

KİV: Bu ilin Ərbəin ziyarətinə qatılanların sayı gözlənildiyindən çoxdur

Səkkiz yüz min Ərbəin zəvvarı Kərbəlanı ziyarət edərək ölkələrinə geri dönüblər

Ayətullah Xamenei Ərbəin ziyarətinin təşkilinə görə iraqlılara təşəkkür edib

Samirra şəhərində Ərbəin zəvvarlarına hücumun qarşısı alınıb

Xarici zəvvarların Kərbəlaya doğru Ərbəin yürüşü başlayıb

Tarixin ilk Ərbəin ziyarəti

İran və İraqın daxili işlər nazirləri Ərbəin ziyarətinin təhlükəsizliyi üçün görüşüblər

20 Aprel 2023, 18:00 (GMT +4)
Azərbaycanda bayram günlərinin hava proqnozu açıqlanıb

20 Aprel 2023, 17:45 (GMT +4)
Nazirlik Türkiyədə təhsil alan tələbələrin Azərbaycana qayıdışı qaydasını açıqlayıb

20 Aprel 2023, 17:30 (GMT +4)
NATO-nun Baş katibi Yens Stoltenberq Kiyevdə səfərdədir

20 Aprel 2023, 17:15 (GMT +4)
DİN və DSX birgə əməliyyat keçirib: Saxlanılan var

20 Aprel 2023, 17:00 (GMT +4)
Azərbaycan sabahın hava proqnozu açıqlanıb

20 Aprel 2023, 16:40 (GMT +4)
Prezident Neftçalada yol tikintisinə 7 milyon manat ayırıb

20 Aprel 2023, 16:20 (GMT +4)
Avropa çempionatında Azərbaycan və Türkiyə qardaşlığı növbəti dəfə nümayiş etdirilib

20 Aprel 2023, 16:00 (GMT +4)
Avropa ölkələrindən Azərbaycana gələnlərin sayı 40 % artıb

20 Aprel 2023, 15:40 (GMT +4)
Azərbaycan İrəvanda bayrağımızı yandıran ermənini beynəlxalq axtarışa verib

20 Aprel 2023, 15:20 (GMT +4)
DİN: Abşeronda 95 sürücü məsuliyyətə cəlb edilib

20 Aprel 2023, 15:00 (GMT +4)
Zakir Həsənov Ramazan bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

20 Aprel 2023, 14:40 (GMT +4)
Ombudsmanın əməkdaşları məhkum uşaqların müraciətlərini dinləyib

20 Aprel 2023, 14:10 (GMT +4)
Bayram günlərində milli parklarda gözlənilən hava açıqlanıb

20 Aprel 2023, 13:50 (GMT +4)
Ötən il məişət tullantılarından 205,3 milyon kVt saat elektrik enerjisi istehsal edilib

20 Aprel 2023, 13:30 (GMT +4)
RİNN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

20 Aprel 2023, 13:10 (GMT +4)
Goranboyda 17 min dollar və 7 min manatlıq qızıl oğurlayaraq evi yandıran şəxs tutulub

20 Aprel 2023, 12:50 (GMT +4)
Martın 13-də keçirilən Azərbaycan dili imtahanının nəticələri elan olunub

20 Aprel 2023, 12:30 (GMT +4)
Milli Məclisin aprelin 25-də keçiriləcək iclasının gündəliyi açıqlanıb

20 Aprel 2023, 12:10 (GMT +4)
Bakalavr təhsili üzrə xüsusi təyinatlı ixtisasların sayı artırılıb

20 Aprel 2023, 11:50 (GMT +4)
DYP Ramazan bayramı ilə əlaqədar əhaliyə müraciət edib

20 Aprel 2023, 11:30 (GMT +4)
Nazirlər Kabineti DTX-nin Akademiyasında magistr təhsili ilə bağlı qərar imzalayıb

20 Aprel 2023, 11:10 (GMT +4)
Prezident və birinci xanım Nərimanovda “Cümə” məscidinin açılışında iştirak ediblər

20 Aprel 2023, 10:50 (GMT +4)
Azərbaycan gimnastları Dünya Kubokunda iştirak edəcəklər

20 Aprel 2023, 10:30 (GMT +4)
Sahibə Qafarova Varşavada “Naməlum əsgər” abidəsini ziyarət edib

20 Aprel 2023, 10:10 (GMT +4)
AMB bu günə olan rəsmi valyuta məzənnələrini açıqlayıb

20 Aprel 2023, 09:50 (GMT +4)
Qobustanda İran vətəndaşına narkokuryerlik edən şəxs tutulub

20 Aprel 2023, 09:30 (GMT +4)
FHN: Bakıda əl qumbaraları tapılıb (VİDEO)

20 Aprel 2023, 09:15 (GMT +4)
Ekofəalların Xankəndi-Laçın yolunda etiraz aksiyası 130 gündür davam edir

20 Aprel 2023, 09:00 (GMT +4)
Müdafiə naziri Almatıda Quru Qoşunlarının Hərbi İnstitutunu ziyarət edib

19 Aprel 2023, 18:00 (GMT +4)
Prezident İlham Əliyev “YAŞAT” Fonduna 5 milyon manat ayırıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: [email protected]
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66