İraqın baş naziri Ərbəin ziyarətinin təşkilinə nəzarət məqsədilə Kərbəlaya gedib14 Sentyabr 2022, 11:21 (GMT +4) Bakı, 14 sentyabr, SalamNews, B.Samid. İraqın baş naziri Mustafa əl-Kazimi Ərbəin ziyarətinin təşkili prosesinə nəzarət məqsədilə Kərbəla əyalətinə gedib.
SalamNews Sumariya agentliyinə istinadən xəbər verir ki, bu barədə Baş nazirin ofisindən məlumat verilib.
Baş nazir Mustafa əl-Kazimi bu gün Kərbəlaya çatandan sonra Ərbəin ziyarətinin təşkili, xüsusilə də təhlükəsizliklə bağlı tədbirlər haqda maraqlanıb.
Qeyd edək ki, İraqın Kərbəla əyalətinin valiliyindən KİV-lərə, bu ilin Ərbəin mərasiminə 20 milyona yaxın insanın qatılacağı barədə məlumat daxil olub.
Həmçinin ölkədə siyasi böhranın hökm sürdüyü vaxtda Ərbəin ziyarətinə qatılanların terror hücumları və təxribatlarla hədəfə alınması məsələsi də İraq rəhbərliyini narahat edən məsələlərdəndir.
|