Azərbaycanlı zəvvarların İran-Türkiyə sərhədində Ərbəin əzadarlığı (VİDEO)
13 Sentyabr 2022, 16:36 (GMT +4)
Bakı, 13 sentyabr, SalamNews, B.Samid. Azərbaycan, Türkiyə və Gürcüstandan olan Ərbəin zəvvarları İran-Türkiyə sərhədində əzadarlıq ediblər.
SalamNews Mehr-ə istinadən xəbər verir ki, Azərbaycan, Gürcüstan və Türkiyədən olan Ərbəin zəvvarları Türkiyədən İrana keçməklə Ərbəin ziyarətinə yollarını davam etdirirlər.
Yerli mənbələrin məlumatına görə İran-Türkiyə sərhədində yerləşən Bazərqan keçidindən 2,267 Azərbaycan, Gürcüstan və Türkiyə vətəndaşı olan zəvvarlar keçərək Kərbəla istiqamətində yola düşüblər.
Onların Bazərqan keçidində əzadarlığı yerli KİV-lərin diqqətini cəlb edib.
Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.